Ərdoğanla Bayden danışdı:“Ukrayna problemi...” – Davammı, tamammı? – ŞƏRH
Yusif Nəzərli
15:42 28.06.2022
Dünya
762
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub. Bu barədə Türkiyə lideri NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.“ABŞ Prezidenti bu axşam və ya sabah görüşmək arzusunu bildirdi. Biz də “Ola bilər” dedik”, - R.T.Ərdoğan vurğulayıb.
İki lider arasındakı telefon danışığını jurnalist, siyasi şərhçi Fuad Abbasov “Sherg.az” a şərh edib. Baydenlə Ərdoğanın görüşünü gözlənilməz adlandıran siyasi şərhçi açıqlayıb ki, görüş Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır:
“Ərdoğanın özü bunu söyləməsə idi, bəlkə də, xəbərimiz olmazdı. Bu birinci növbədə Ukrayna-Rusiya müharibəsi və NATO-nun bu müharibədəki iştirakı ilə əlaqədardır. NATO birbaşa olaraq müharibədə iştirak etməsə də, təşkilata üzv olan ölkələr Ukraynanın müdafiəsində dayanıblar. Amerika Birləşmiş Ştatları da bu ölkələrın sırasına daxildir. Düşünürəm ki, ilk növbədə NATO-Türkiyə əlaqələri, Tükiyədəki “İncirlik” hərbi bazası, eləcə də Türkiyə-Rusiya əlaqələri müzakirə olunacaq. NATO-nun Rusiyaya qarşı hər hansı bir fəaliyyəti müzakirə mövzusu ola bilər. Amma burada NATO üçün rəsmi Ankaranın tutacağı mövqe vacibdir. Bu baxımdan zənnimcə, Cozef Baydenlə Ərdoğan arasında baş tutacaq görüşmə başlıca olaraq Ukrayna problemi ətrafında olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm