2023-cü ildə dünyanın ən güclü orduları açıqlanıb: Türkiyə 2 pillə irəliləyib


 Dünyanın ən güclü ordularının siyahısı yenilənməkdə davam edir. ABŞ-ın “Global Firepower” saytının apardığı araşdırmadan sonra 2023-cü ilin ən güclü 145 ordusunun siyahısı açıqlanıb. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar nəticəsində şirkət hərbi hissələrin sayı, maliyyə vəziyyəti, logistika, hərəkətlilik və coğrafi mövqe kimi ölkələrin bir çox xüsusiyyətlərinə əsaslanır. Türkiyə isə ötən ilki araşdırmanın nəticələrinə görə 2 pillə irəliləyib. 
Beləliklə, Türkiyə 2022-ci ildə 13-cü pillədə olarkən, bu il 2 pillə irəliləyərək 11-ci yerə yüksəlib. İlk 3 yeri isə ABŞ, Rusiya və Çin bölüşüb.

Turan