Lavrov Mirzoyanla, Putin Paşinyanla danışdı
Yusif Nəzərli
13:30 02.08.2022
Siyasət
588
Ruslar yenə proseslərə aktiv müdaxilə edir
Dünən Rusiya və Ermənistan Xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub. Bir neçə saat sonra isə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan əlaqə saxlayıblar. Xarici işlər nazirləri Azərbaycanla Ermənistan arasında 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar razılaşmalarını müzakirə ediblər. Yayılan xəbərlərdə nazirlərin bölgədəki son durumu müzakirə etdiyi də yazılıb. Görünür, eyni mövzuları Vladimir Putinlə Nikol Paşinyan da müzakirə ediblər. Ekspertlərin fikrincə, Moskva Vaşinqtonun Cənubi Qafqazda fəallaşmasından, Vaşinqtondan Bakıya və İrəvana edilən zənglərdən narahatdır. Vaşinqtondan sonra Moskvadan Bakı və İrəvana edilən zənglərin mahiyyətində bu amil dayanır.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, ruslar yenə proseslərə aktiv müdaxilə edir: “Bu zənglərin bir səbəbi ABŞ dövlət katibi Entoni Blinken, ardınca isə köməkçisinin İrəvan və Bakı ilə danışması, Vaşinqtonun kommunikasiyanın açılmasında vasitəçilik təklifləridir. Moskva öz vasitəçiliyini və vasitəçilik etdiyi razılaşmaları xatırladır. Digər səbəbi isə Bakının cari tələbi olan 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası, yəni erməni qoşunların Qarabağdan çıxarılmasıdır. Moskva anlayır ki, bu məsələdə irəliləyiş olmasa bölgədə gərginlik yenidən aktuallaşa və belə vəziyyətdə kənar vasitəçilərin önü açıla bilər. Rusiya Prezidenti Vladimir Putin də Paşinyanla “10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların həyata keçirilməsinin bəzi praktiki aspektlərini” müzakirə edib. Proseslərin inkişafını İrəvanın sərgiləyəcəyi mövqe müəyyən edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi