Ordumuz yarım qalan işini davam etdirir! – “Heç kim qarşı çıxa bilməz”
Yusif Nəzərli
15:38 09.08.2022
Qarabağ
857
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb. Bundan sonra Ermənistanın daxilində müəyyən gərginliklər yaranıb. Keçirilən aksiyalar çaxnaşmaya səbəb olub. Hətta bir neçə erməni Prezident İlham Əliyevə müraciət edərək, Azərbaycan vətəndaşlığına qəbul edilmələrini istəyiblər. Həmçinin Xankəndidə yaşamaq niyyətində olduqlarını bildiriblər. Azərbaycan 44 günlük savaşdan sonrakı antiterror əməliyyatlarını davam etdirir. Ordumuz düşmənin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür.
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev "Sherg.az"a bildirib ki, ölkəmizdə Qarabağla bağlı atılan addımlara heç kim qarşı çıxa bilməz:
"Neçə illərdir ki, münaqişə başladığı müddətdən bu günə qədər olmadığımız mövqelərə gəlib, çıxmışıq. 44 günlük müharibədən sonrakı dövrdə yarım qalan işimizi davam etdiririk. Savaş dövründəki kimi, Cümhuriyyət Xalq Partiyası olaraq, Ali Baş Komandanın siyasətini dəstəkləyirik. İndiki məqamda ölkə daxilində baş verən proseslər Azərbaycanın ərazi bütövlüyü uğrunda atılan addımlardır.
Son günlərdə ordumuzun yüksəkliklərimizi nəzarətə götürməsi, həmçinin Laçından yan keçən yolun çəkilməsi, tamamlanması, rayonunun Azərbaycanın tabeçiliyinə keçməsi çox ciddi və əlamətdar hadisədir. 1920-ci illərdə də belə bir proses olmuşdur. 100 ildən sonrakı işlər də həmin gedişin davamıdır.
Hazırda yaranmış şəraitdən Ali Baş Komandan yüksək bir səviyyədə istifadə edir. Bu günə qədər danışıqlar apardıq, nəticəsi olmadı, ermənilər zaman uzatmağa çalışırlar.
Onların havadarları bölgəyə əlavə qüvvələr gətirmək istəyirdilər. Vaxt udmaqla ölkə daxili və xaricində Azərbaycana qarşı təzyiqlər etmək niyyətində idilər. Alınmadı.
Ali Baş Komandan İlham Əliyev antiterror əməliyyatını aparır. Laçın yolu ordumuzun nəzarətinə keçdikdən sonra, növbəti mərhələ Zəngəzur olacaq. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər ölkədə qalacaq, dövlətimizə zidd çıxanlar isə cəzasını alacaqlar. Azərbaycan unitar dövlətdir.
Onun ərazisinə qarşı heç bir qüvvə separatçı iş apara bilməz. Bu yolda Azərbaycan ordusuna uğurlar arzulayırıq. Allah şəhidlərimizə rəhmət eləsin! Ordusu, dövləti ilə hər zaman fəxr edən bir millətik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı