Post-müharibə dönəmində informasiya təhlükəsizliyi çox ciddi məsələdir
Yusif Nəzərli
22:24 09.08.2022
Cəmiyyət
642
Kiberhücumların qarşısını almaq üçün onlayn xidmətlərin keyfiyyətli platformalar üzərindən qurulması mütləqdir
"Azərbaycanda DATA mərkəzlər qurulmalı, server mərkəzləri güclü müdafiə sistemi ilə təmin edilməlidir. Azərbaycanın dövlət və özəl qurumları yerli DATA mərkəzlərinə inteqrə edilməlidir"
Azərbaycanın bir sıra dövlət qurumu və banklara qarşı genişmiqyaslı kiberhücumlar olub. Bu hücumların ildən-ilə artması isə Azərbaycanda dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini aktual edir.
Qeyd edək ki, Azərbaycanın elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumların gözlənildiyi barədə ötən həftə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən (KİMM) xəbərdarlıq yaymışdı. Bu açıqlamaya rəğmən kibercinayətkarların asanlıqla Azərbaycanın informasiya məkanına daxil olması və kiberhücum planlarını gerçəkləşdirməsi onu göstərir ki, müvafiq qurumlar profilaktik tədbirlər görmək imkanında deyil.
İnternet-media eksperti Səbuhi Abbasov “Şərq”ə açıqlamasında deyib ki, kibertəhlükəsizlik çox geniş, qlobal və demək olar ki, bütün dünyanı narahat edən problemlərdən biridir:
“Bu hal ilk deyil. Zaman-zaman Azərbaycanda müxtəlif dövlət qurumlarına, özəl kommersiya təşkilatlarına və informasiya resurslarına yönəlik böyük kiberhücumlar olub. Bu tendensiyanın ildən- ilə artması isə onu göstərir ki, bizim dövlət qurumlarında kibertəhlükəsizlik dayanıqlı deyil.
Kiberhücumdan qorunmaq üçün profilaktik tədbirlər görülməli və texniki təhlükəsizlik məsələlərinə xüsusi önəm verməlidirlər. Əgər dövlət və ya özəl qurumlar istifadəçilərə səmərəli xidmət göstərmək istəyirlərsə istifadə etdikləri saytın təhlükəsizliyi və xidmətlərin proqramlaşdırılmasında istifadə olunan kodların etibarlılığından əmin olmalıdırlar. Bəzi şirkətlər hazır, şablonlardan istifadə edir və onlar arasında da açıq kodlar çox olur. Bu cür qurumlar isə kibercinayətkarlar tərəfindən asanlıqla hədəf seçilir. Bu sahədə çalışan əməkdaşlar informasiya təhlükəsizliyinin əsas prinsiplərini başa düşməli, etibarlı şifrələr seçməlidir.
Kiberhücumların qarşısını almaq üçün onlayn xidmətlərin keyfiyyətli platformalar üzərindən qurulması mütləqdir. Dünya təcrübəsində kiberhücumlardan müdafiə mexanizmləri var. Onların içərisindən ən uğurlularını seçib növbəti genişmiqyaslı kiberhücumların qarşısını almaq olar.
Azərbaycanda kiberhücumlarla bağlı server xidmətləri çox deyil. Bir çox hallarda dövlət, xüsusən də özəl qurumlar serverləri xarici ölkələrdə yerləşən şirkətlədən alırlar. Bu da server səbəbindən yaranan problemin operativ həllini çətinləşdirir.
Azərbaycanda DATA mərkəzlər qurulmalı, server mərkəzləri güclü müdafiə sistemi ilə təmin edilməlidir. Azərbaycanın dövlət və özəl qurumları yerli DATA mərkəzlərinə inteqrə edilməlidir”.
Ekspertin sözlərinə görə, ölkəmizdə kiberhücum hallarının artmasında Rabitə Nazirliyinin fəaliyyətsizliyi də mühüm əhəmiyyət kəsb edir:
“Təəssüflər olsun ki, kiberhücumların qarşısının alınmasında müvafiq qurum fundamental tədbirləri həyata keçirmir. Maarifləndirmə və qurumlara təklif olunan xidmətlər sahəsində vəziyyət heç də ürəkaçan deyil. Bu da öz növbəsində ölkənin internet və informasiya təhlükəsizliyini ciddi təhdid altına salır. Postmüharibə dönəmində yaşayan Azərbaycan üçün isə informasiya təhlükəsizliyi çox ciddi məsələdir. Müharibə dönəmində bu cür hücumların olması fonunda müharibədən sonra da dövlət qurumlarına kiberhücumların olacağını təxmin etmək o qədər də xüsusi istedad tələb etmirdi. İkinci Qarabağ savaşı, son dövrlərdə baş verən müharibələr göstərir ki, hər bir ölkənin kiber mühiti, informasiya təhlükəsizliyi milli təhlükəsizlik üçün mühüm faktora çevrilib.
Ona görə də aidiyyəti qurumlar bu sahəyə çox ciddi önəm verməli və müdafiə tədbirlərinin gücləndirilməsi məqsədi ilə ciddi islahatlar aparmalıdır.
Kiberhücumlar qarşısında səmərəli müdafiəni təmin etmək üçün bu sahədə çalışan əməkdaşlar, iş prosesləri və texnologiyalar prosesə cəlb olunmalı və dünya təcrübəsini tətbiq etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı