Payızda karantin rejimi tətbiq oluna bilər
Yusif Nəzərli
01:24 10.08.2022
Cəmiyyət
718
İnsanlar sıx toplaşma məkanlarından mümkün qədər çəkinməlidir
Son həftələr koronavirusa yoluxma sayında sürətli artım müşahidə olunur. Ölkədə yeni yoluxma sayı 500 nəfərə çatıb. Bu artım fonunda mətbuata açıqlama verən TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib ki, Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar müəyyən karantin tədbirləri tətbiq oluna bilər. Onun sözlərinə görə, əgər xəstəliyə yoluxma sayı ciddi şəkildə artarsa, xəstəxanaya yerləşdirilənlərin də sayı arta bilər:
“Biz üzü payıza doğru gedirik. Havaların soyuması başlayacaq. Ola bilər ki, yoluxma sayının həddən artıq artması stasionara yerləşdirilən xəstələrin həddindən artıq artmasına səbəb olsun. Bu da bizim səhiyyə sistemini yükləyəcək. Ona görə də müəyyən karantin tədbirləri də həyata keçirilə bilər”. Mütəxəssis 18 yaşına çatmış bütün şəxslərə vaksinasiya prosesindən kənarda qalmamağı məsləhət görüb:
“Şərtlərə müəyyən qədər əməl etməliyik. Sıxlıq olan yerlərdə lüzumsuz təmaslardan çəkinmək, maskalardan istifadə etmək lazımdır”.
Mütəxəssislər isə hesab edir ki, karantin rejiminin sərtləşdirilməməsi üçün hər bir vətəndaşımız məsuliyyətli olmalıdır. Professor Adil Qeybullanın sözlərinə görə, yoluxma sayı sürətlə artdığı üçün karantin qaydalarında müəyyən sərtləşmələrin olması istisna deyil:
“Çünki pandemiya hələ bitməyib. İnsanlar elə bilirlər ki, pandemiya sona çatıb. Nə qədər ki, pandemiyanın bitməsi rəsmi elan olunmayıb, demək, onun içərisində yaşayırıq. Yeni ştamlar da koronavirusun növləri olduğu üçün nəsə fərqli bir mübarizə üsulu yoxdur.
Sadəcə, insanlar vəziyyətin pisləşdiyi dövrlərdə daha diqqətli olmalı və sıx toplaşma məkanlarından mümkün qədər çəkinməlidir. Vaksinasiya prosesinə qatılmayanlar bu prosesə mütləq qatılmalıdırlar. Buster doza almayan vətəndaşlar da gücləndirici doza vurdurmalıdırlar. Çünki hazırda mövcud olan vaksinlər xəstəliyin daha yüngül keçməsi və ölümlərin azalması istiqamətində təsirlidir”.
Professorun sözlərinə görə, müəyyən qapanmalar olsa da sərt karantin tətbiq olunmamalıdır. Ötən illər ərzində iqtisadiyyat, təhsil bundan xeyli ziyan çəkdi:
“Ola bilər ki, qapalı mühitdə maska taxılması yenidən tətbiq olunsun, kütləvi tədbirlərdə müəyyən məhdudiyyətlər edilsin. Çox sərt tədbirlərin olacağını düşünmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı