Niyə ermənilər məhz Azərbaycana can atırlar?! – Müraciətlərin PƏRDƏARXASI
Yusif Nəzərli
13:36 10.08.2022
Gündəm
1113
“Niyə başqa ölkələr seçmirlər? Axı MDB məkanında bizdən başqa xeyli ölkə var. Bu çox maraqlıdır”
“Düşünürəm ki, bunun arxasında bizə hələ də tam aydın olmayan hansısa bir məkrli niyyət dayana bilər”
Azərbaycan Ordusu tərəfindən keçirilən “Qisas” antiterror əməliyyatından sonra ermənilərin təşvişi aydın şəkildə duyulur. Belə ki, onlar ardıcıl olaraq Prezident İlham Əliyevə müraciətlər ünvanlayırlar.
Ötən gün İslamı qəbul edən erməni qadın Aqunik Abovyan ölkə başçımıza müraciət edib və Bakıya gəlmək üçün ondan icazə istəyib. O, bu barədə müraciətini sosial şəbəkə hesabından paylaşıb.Abovyanın sözlərinə görə, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur. Başqa bir diləyi isə Qarabağa getməkdir.
“Əgər mümkünsə, məhz Şuşada məsciddə namaz qılmaq kimi xəyalım var”, - deyə o sözlərini yekunlaşdırıb.
Digər tərəfdən Ermənistan vətəndaşı olan Vaqe Qambaryan da Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. O, Ermənistan vətəndaşlığından imtina edərək, Azərbaycan vətəndaşlığı almaq istədiyini, Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunu ifadə edib. Qambaryan, həmçinin Xankəndində yaşamaq niyyətini də dilə gətirib. O, Azərbaycan xalqını sevdiyini və hörmət etdiyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl erməni fəal, bloqer İşxan Verdyan da eyni tipli müraciət hazırlayıb. Yuxarıda qeyd olunan müraciətlərin məqsədləri haqqında “Sherg.az”a danışan politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu bildirib ki, buradakı niyyətlər fərqli ola bilər:
“Onlar bununla erməni cəmiyyətində qıcıq yaratmaq, ermənilərdə millətçiliyi qızışdırmaq kimi məqsədlər güdə bilərlər. Həmçinin kimlərsə sadəcə Ermənistan şəraitində yaşamaqdan bezib və köçmək istədiyinə görə müraciət ünvanlaya bilər. Burada sual yaradan məqam ermənilərin məhz Azərbaycana belə can atmasıdır. Niyə başqa ölkələr seçmirlər? Axı MDB məkanında bizdən başqa xeyli ölkə var. Bu çox maraqlıdır. Düşünürəm ki, bunun arxasında bizə hələ də tam aydın olmayan hansısa bir məkrli niyyət dayana bilər. Tam əminliklə demirəm, amma ola bilər. Bəlkə də, kimsə, fikirləşə bilər ki, Azərbaycan bir növ düşmən ölkə olduğu üçün bunu göstərməmək adına sığınacaq istəyən ermənilərə daha yaxşı şərait yarada bilər”.
Bu vəziyyətdə Azərbaycanın tutmalı olduğu mövqedən bəhs edən politoloq hesab edir ki, hər bir halda müraciətlərə fərdi qaydada yanaşılmaldır:
“Bunun ətrafında ucuz təbliğat qurulacaqsa, aşağı səviyyədə hay-küy qaldırılacaqsa, əlbəttə ki, bunun bizə yalnız ziyanı ola bilər. Ermənilərin siyasətini, güclü diaspor təşkilatlarını da unutmamalıyıq. Onlar bu müraciətlərdən fərqli formada - öz maraqlarına uyğun şəkildə istifadə edə bilərlər.
“Azərbaycan insanları pulla alır”, “özünə imic yartmaq istəyir” kimi fikirləri ortaya ata bilərlər. Ona görə bütün bu hallara ehtiyatla yanaşmaq lazımdır”.
Oxşar xəbərlər
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
10:24 15.11.2026
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya