Vens bildirib ki, razılığın əldə olunmaması “İrandan daha çox ABŞ üçün yox, məhz İran üçün pis xəbərdir
Islamabadda keçirilən ABŞ–İran danışıqları 21 saat davam etsə də, tərəflər razılığa gələ bilməyib. ABŞ nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident Ceyms Devid Vens razılaşma əldə olunmadan şəhəri tərk edib.
Sherg.az-ın məlumatına görə, Vens bildirib ki, razılığın əldə olunmaması “İrandan daha çox ABŞ üçün yox, məhz İran üçün pis xəbərdir”.
O ,əlavə edib ki, əsas fikir ayrılığı İranın nüvə proqramı ilə bağlıdır və ABŞ Tehrandan nüvə silahı əldə etməyəcəyinə dair açıq öhdəlik gözləyir.
İran tərəfi isə danışıqların bir görüşdə nəticə verməsinin gözlənilmədiyini vurğulayıb. İran mediası, o cümlədən "Fars"Agentliyi Tehranın yeni danışıqlar mərhələsi planlaşdırmadığını iddia edir və ABŞ-ni “həddindən artıq tələblər” irəli sürməkdə ittiham edir.
Danışıqlarda əsas mübahisə mövzuları bunlardır:
Hörmuz boğazının açılması və nəzarəti
İranın nüvə proqramı
sanksiyaların ləğvi və dondurulmuş aktivlər
müharibə təzminatları və regionda atəşkəs
Bu görüşlər ABŞ və İran arasında uzun illərdən sonra ilk birbaşa və ən yüksək səviyyəli təmas hesab olunur. Nəticə isə həm 14 günlük atəşkəsin taleyinə, həm də qlobal enerji bazarına ciddi təsir göstərə bilər.
Hazırda tərəflər arasında növbəti addımlar qeyri-müəyyən olaraq qalır.