Bakıda körpəsini həyətə tullayan ata: “Patı” çəkmişdim...”
Yusif Nəzərli
09:10 23.11.2022
Cəmiyyət
490
Bakıda bir yaşlı oğlunu öldürməyə cəhddə təqsirləndirilən Samir Ağakərimovun məhkəməyə verdiyi ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, o, dindirilən zaman özünü təqsirli bilməyərək göstərib ki, ibtidai istintaq zamanı ifadə verərkən narkotik vasitənin təsiri altında olub.
O deyib ki, iş üzrə qanuni nümayəndə ilə 2013-cü ildə evlənib, birgə nikahdan üç uşaqları doğulub. Əvvəllər kompüter sahəsində işləyib, lakin son vaxtlar işsiz olub. Son üç-dörd il ərzində heroin, metadon, “spays” və “patı” adlandırılan narkotik vasitə və psixotrop maddələrdən istifadə edib. Arvadı Sənəm (şərti) ilə münasibətləri normal olub.
Samir Ağakərimov söyləyib ki, hadisədən əvvəl onlar evlərini təmir etmək istəyiblər:
“Əvvəlcədən razılaşdığımız kimi, hadisə baş verən gün arvadımla evdəki əşyaları boşaltdıq. Sənəmlə aramızda mübahisə yarandı. Lakin bir yaşlı övladımı yerə, asfaltın üstünə çırpmamışam. Özüm uşaq evində böyüdüyüm üçün bu cür hərəkəti övladıma qarşı etməmişəm. İstintaq zamanı adımdan yazılan ifadəni təsdiq etmirəm. Həmişə arvadıma inanmışam. Daha sonra polis əməkdaşları yaşadığımız evə gəlib məni çağırdılar. Həmin vaxt çılpaq vəziyyətdə idim. Sonradan polislər məni Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə apardılar.
Orada olarkən həyat yoldaşımın, eləcə də üç övladımın paltarlarını soyundurtduğumu, sonra da özümün soyunaraq, evdəki bütün əşyaları yaşadığımız fərdi evin həyətinə və bəzisini də küçəyə atdığımı, daha sonra azyaşlı övladım Vahidin (şərti) əl və qollarından yapışaraq asfalt örtüyünə iki dəfə çırpdığımı, körpənin mənim övladım olmadığını və bu səbəbdən ölməli olduğunu dediyimi öyrəndim. Həmin hadisə zamanı psixotrop maddənin təsiri altında olduğumdan baş verənləri xatırlamasam da, hadisədən əvvəl və sonra baş verənləri xatırlayıram. Sadəcə, oğlum Vahidi götürərək həyətdə olan döşəyin üstünə atmışam”.
Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində bildirib ki, küçədə üzdən tanıdığı, adını bilmədiyi şəxsə beş manat pul verib ondan özü üçün “patı” alıb. “Patı”nı tək qəbul edib və bir qədər sonra evə qayıdıb. Həmin vaxt arvadı Sənəm və uşaqlar da evdə olublar. Evə daxil olub stulda oturub, sonra Sənəmlə mübahisə edib. Samir arvadına Vahidin onun uşağı olmadığını deyərək ölməli olduğunu bildirib. Sonradan nə baş verdiyini xatırlamayıb, daha sonra polis əməkdaşları yaşadığı evə gəlib onu çağırıblar. Həmin vaxt özünün çılpaq vəziyyətdə olduğunu görüb.
Qeyd edək ki, hadisə bu il aprelin 26-sı saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, Samir Ağakərimov bir yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə azyaşlı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Ağakərimov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə