Kamran Bayramov: «Siyasi partiyalar haqqında» qanun layihəsi demokratik dəyərlərin təşviqinə və şəffaflığın qorunmasına yönəlib
Yusif Nəzərli
12:40 24.11.2022
Siyasət
546
«Azərbaycanın siyasi sistemində aparılan islahatlar müasir dövrün zərurətidir. Müasir inkişaf hədəfləri kontekstində «Siyasi partiyalar haqqında» yeni Qanunun qəbulu məhz bu zərurətə cavab verir. Çünki, ölkədə cəmiyyət həyatının bütün sahələrini əhatə edən sistemli, ardıcıl islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində ölkəmizin dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar kursu çərçivəsində siyasi sistemin yeni konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda mövcud demokratik mühit hər gün yeni-yeni yanaşmalarla, münasibətlərlə zənginləşir.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
Kamran Bayramov qeyd edib ki, «Siyasi partiyalar haqqında» qanun layihəsi demokratik dəyərlərin təşviqinə və şəffaflığın qorunmasına yönəlib. Qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin, komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirildi, siyasi partiyaların əməkdaşlarının iştirakı ilə dinləmələr təşkil olundu, layihənin hazırlnaması prosesində siyasi partiyaların daha fəal iştirakına zəmin yaradıldı. İş prosesində dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə edildi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alındı.
K.Bayramov diqqətə çatdırıb ki, yeni qanunla bağlı 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub. Partiyalarla bağlı yeni qanun layihəsi demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlanıb və bütün siyasi qüvvələrin müzakirəsinə çıxarılıb.
Demokratik norma və prinsiplərə daha çox üstünlük verilməsi sübut edir ki, qanun layihəsi həm də, xalqın siyasi iradəsini ifadə edir. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb.
Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir modelin qanunvericiliyə daxil edilməsini inqilabi addımlar kimi xarakterizə etmək olar.
Yeni qanun layihəsində siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər də nəzərdə tutulur.
Heç şübhə yoxdur ki, atılmış addımlar siyasi sistemin dayaqlarının daha da möhkəmləndirilməsinə, siyasi dialoqun genişləndirilməsinə, böyük hədəflərə hesablanmış köklü və məqsədyönlü islahatların həyata keçirilməsinə imkan yaradacaqdır.
Oxşar xəbərlər
Azərbaycan artıq Böyük Britaniya ilə münasibətlərini yeni strateji mərhələyə keçirir -ŞƏRH
12:35 13.11.2026
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında birgə bəyannamə imzalandı
23:21 12.11.2026
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə