
Türkiyədə zəlzələ nə vaxta qədər davam edəcək? – Sensasion açıqlama
Yusif Nəzərli
10:33 28.02.2023
Hadisə
587
“Praktikaya əsaslansaq, bu dalğalar 15-20 gün, bəzən isə 6 aya qədər davam edir”
“Əvvələr Aşqabadda, Daşkənddə olmuşdu, indi Suriyanı, Türkiyəni dağıdır”
“Gələcəkdə isə Livanda olacağı ehtimal edilir. Biz bu qurşaqda olduğumuz üçün qorxmasaq da, daha məsuliyyətli olmalı və öncədən tədbirlər görməliyik"
Bu gün Türkiyənin Malatya şəhərinin Yaşılyurd rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib. Tələfat və dağıntı barədə məlumat yoxdur.
Qeyd edək ki, ötən gün Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal, Malatya vilayətinin Yaşılyurd rayonunda isə 5,6 bal gücündə zəlzələ baş verib. Nəticədə 1 nəfər həlak olub, 110 nəfər isə yaralanıb.

Türkiyənin yerləşdiyi əraziyə uyğun olaraq zəlzələnin gözləndiyini deyən ekoloq, seysmoloq Ənvər Əliyev "Sherg.az"a vurğulayıb ki, biz hadisənin İstanbulda olacağını proqnozlaşdırırdıq:
“Hadisənin görüntülərini izlədikdən sonra təəssüfləndim. Dünya tikinti sektorunun nəhənglərindən olan Türkiyədə zəlzələyə davamsız binaların tikilməsi seysmik cəhətdən uyğunsuzdur. Ümumiyyətlə, Türkiyə Alp-Himalay qurşağında yerləşdiyi üçün hadisələr gözləniləndir. Bu fəlakət bizə və dünyaya dərs olmalıdır ki, hansı qurşaqda yerləşdiyimizi bilək. Biz həm elmi, həm də praktiki cəhətdən bəzi şeylərə əməl etməliyik. İkincisi,hazırda zəlzələlərin davam etməsi də ehtimal olunandır.
Çünki Ərəbistan adındakı nəhəng Litosfer tavası Anadoluya doğru gəldi və həmin ərazidə toqquşma oldu. Bu Litosfer tavaları maqmanın üstündə hərəkət edən quru parçalarıdır. Bəzən onlar üstə çıxır, bəzən də biri-biri ilə toqquşurlar. Bütün seysmik qurşaqlardakı aktivliyin səbəbkarları bu tavalardır. Azərbaycan ərazisində isə bu tavanın qəflətən gəlməsi və biri-birinin üstünə çıxması gözlənilmir. Ancaq bu, bizi rahatlatmalı deyil. Biz binaların tikilişində müasir tikinti texnologiyalarından istifadə edərək 10 ballıq zəlzələyə belə davam gətirəcək binalar tikməliyik".
Seysmoloqun sözlərinə görə,Türkiyədəki zəlzələnim yenidən təkan verməsi davamlılıq planına uyğundur:
"Zəlzələnin davam etməsi yer qabığında gedən prosesin nəticəsidir. Yəni tavaların biri-biri ilə toqquşması nəticəsində, Litosfer tavasının üç metrə üzərə çıxıb sürüşməsi zəlzələnin davam etməsinə yol açır. Praktikaya əsaslansaq, bu dalğalar 15-20 gün, bəzən isə 6 aya qədər davam edir. Həmçinin Alp-Himalay qurşağında yerləşən ölkələrin hamısı bundan nəticə çıxarmalıdır. Çünki bu qurşaqdakı hadisələr illərdir, davam edir. Əvvələr Aşqabadda, Daşkənddə olmuşdu, indi Suriyanı, Türkiyəni dağıdır. Gələcəkdə isə Livanda olacağı ehtimal edilir. Biz bu qurşaqda olduğumuz üçün qorxmasaq da, daha məsuliyyətli olmalı və öncədən tədbirlər görməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya