Banklarda anormal vəziyyət bitmir
Yusif Nəzərli
19:32 29.04.2023
Cəmiyyət
597
“Ümid edirəm, Mərkəzi Bank, Banklar Assosiasiyası baş verənlərin fərqindədir”
“Siz hansısa bankdan kredit alsanız, dərhal banklararası kommunikasiya işə düşür. Sizin digər banklardakı kredit tarixçəniz haqqında, bütün nəsil-nəcabətiniz haqqında məlumat mübadiləsi aparılır, dövlətin digər datalarına sizin haqqınızda sorğular göndərilir, sizin haqqınızda banklarda olan bütün data bir anda bir yerə toplanır”. Bu sözləri “Şərq”ə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, bank özünü, öz pulunu sığortalamaq üçün bütün mümkün olan və olmayan addımları atır: “İndi təsəvvür edin ki, müştərisi olduğunuz bank özünün deyil, sizin pulunuzla bağlı qərar verməlidir. Məsələn, sizin vergi borcunuzla bağlı Dövlət Vergi Xidmətindən bankınıza daxil olan sorğuyla bağlı qərar verməlidir.
Bankınız dərhal, heç bir araşdırma etmədən, sizin hesabınız olan (ola biləcək) digər bir banka sorğu göndərmədən, bu vergini digər bir bankınız vasitəsilə ödədiyinizi araşdırmadan, hesabınızdan bir anda pulu silir. Eyni addımı, hesabınız olan digər bank da atır, o da dərhal, sorğu-sualsız, hesabınızdan vəsaiti vergiyə yönəldir. Yəni nə qədər hesabınız varsa, o qədər də vergi ödənişləri reallaşır.
Hətta bununla da bu cür anormal vəziyyət bitmir. "KapitalBank" bu sahədə daha "irəliyə" gedib və "innovativ" həllər kəşf edib. Bu bank vergidən daxil olan sorğu əsasında nəinki müştərinin hesabından pulu silir, hətta eyni anda onun bu hesaba bağlı olan kartından da həmin vəsaiti vergiyə yönəldir. Bu da bizim ən öndə gedən bankların innovativliyi və rəqəmsal bankçılığı!
Ümid edirəm, Mərkəzi Bank, Banklar Assosiasiyası baş verənlərin fərqindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz