Divanın “sandığı açıldı":“Xaricilərlə oxumaq üçün milyonlar...” – Qalmaqal böyüyür!
Yusif Nəzərli
09:12 02.05.2023
Şou
1036
Bir neçə gündür ki, istər sosial şəbəkələrdə, istərsə də efirdə Xalq artisti Aygün Kazımova haqda qalmaqallı fikirlər səsləndirən stilist Anar Ağakişiyev növbəti dəfə açıqlama yayıb.
“Sherg.az” xəbər verir ki, Kazımovanın illər öncə onu təhqir etdiyini söyləyən Anar həm də müğənninin səsyazısını paylaşıb.
“Hər kəsin maskası, siması ortaya çıxdı. Mən faktsız danışmıram. Heç bir fəxri ad sənə imkan vermir ki kimisə təhqir edəsən. “Kosoyu” da, üzr istəyirəm ifadəmə görə, koru da, lalı da, şikəsti də, dönə-dönə hər kəs bir ananın övladıdır. Buraxıram səni vicdanınla baş-başa. Sən bilərsən, Allahın bilər ! Məni məcbur elədiniz ki, təhqirin nə olduğunu sizə sübutla göstərim! İllər öncə ATV kanalında yayımlanan “Xeyir ola” verilişində canlı yayımda məni təhqir edib, ələ sala-sala “Kosoy Anar” deyib. Önəm vermədim. Yenə də anlayıram ki, hər bir insana yerində cavabını vermək lazımdır. Mən susduqca, elə bilir ki, həmişə susacağam. Və illər keçir, bu, davam edir. Dosta, tanışa haqqımda təhqiredici səsli mesajlar, fikirlər söyləyir.
Nə vaxta qədər susacağam?! Öz aləmində mənə ləqǝb qoyub - “Kosoy”. Mənim xarici ölkələrdə tanınmağım nədənsə onu narahat edir. Bu gün gördüyünüz video-müsahibə məhz bu səsli mesaja cavab idi.
Özü xarici ulduzla duet oxumaq üçün milyonlar ödəməsinə baxmayaraq, yalan məlumat yayır ki, guya mən dünya ulduzları ilə işləmək üçün ödəniş edirəm. Halbuki hər şey əksinədir. Çox səbr etdim, görürəm alınmır. Məni çox yaxşı tanıyırsız ki, atalar sözləri ilə yaşayıram: “Döymə taxta qapımı, döyərəm dəmir darvazanı!”.
Anlamıram, həmin o xanım mənə nə verib ki, ala bilmir? Yollarımız, sənətimiz fərqlidir. Çərçivəsindən çıxıb, öz işinin peşəkarı olub və tələbatlı olmaq hər adamın işi deyil! Bu hələ əlimdə olan sübutların 0,001 faizidir. İndi anladınızmı mən boş-boş, durduğum yerdə fikir söyləmədim? Şükür Allaha ki mənimlə işləmək üçün pul ödəyirlər.
Bununla da məsələ bağlandı. Nəsə danışmaq istəmirəm. Bir problem olmadığı halda məni efirdən təhqir edib. Səhərə qədər valideynim ona görə ağlayıb. Üstündən illər keçib, yollarımız ayrıdır. Yenə də ona-buna üç-dörd ay əvvəl, keçən il, ondan əvvəlki il belə mesajlar göndərir. Mən bunu qəbul etmirəm. Heç kimin ixtiyarı yoxdur ki, kimisə təhqir etsin. Həmin şərhi durduğum yerdə bildirmədim. Bir az da mənim hiss etdiklərimi yaşasın.
Zamanında cavab verməməyimə səbəb gənc, gücsüz olmağım, bəlkə də sosial şəbəkələrin olmamağı idi. Bu da onun cavabı. Özündən 20 yaş balaca, fərqli sahədə olan insana qarşı dayandığı yerdə belə mesajlar atır. Şəxsən mənə göndərməyib.
Onda o güc yoxdur. Başqasına göndərib, gəldi mənə çatdı. Fəxri ad daşıyan xanıma bu cür danışıq tərzi yaraşırmı?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət