
Ermənistan diplomatiyasından fiasko! – “Nə Rusiya, nə ABŞ, nə İran...”
Yusif Nəzərli
10:53 02.05.2023
Cəmiyyət
700
"Düşmən ölkənin Azərbaycana qarşı təxribatları onların milli xüsusiyyətlərini ortaya qoyur".
Bunu "Sherg.az"a Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Ölkənin çox ağır vəziyyətdədir” açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ermənilər özlərini dünya ölkələrinə ağıllı millət kimi təqdim etmək istəyirlər:
"Amma onlar anti-Azərbaycan antitürk fəaliyyətlərindən əl çəkməyəcəklər. Ermənilər Osmanlı imperiyasının parçalanmasında iştirak ediblər. "Erməni-müsəlman" davası adlanan bu mübarizə elə o vaxtdan, təxminən 150-160 il bundan əvvəl başlayıb. Bu gün Türkiyə ilə barışmağa hazırdırlar.

Paşinyan dəfələrlə bildirib ki, Türkiyə ilə münasibətləri normallaşdırmağa meyillidirlər, hətta qondarma soyqırımı iddiasından da əl çəkərlər. Amma buna guya Azərbaycan imkan vermir. Azərbaycanı hazırda özləri üçün çox böyük təhlükə görürlər. Armen Qriqoryandan əvvəl baş nazir Paşinyan Ermənistanın ağır vəziyyətdə olduğunu, təhlükəsizlik mexanizmlərinin işləmədiyini söyləyib. A.Qriqoryan məsələni bir az da aydınlaşdırdı. Guya Rusiya onların təhlükəsizliyini təmin edə bilmədi.
Bu səbəbdən ermənilər Amerika, Avropaya müraciət etdilər. Lakin onlar da düşmən ölkənin mövcud problemini həll edə bilmədilər. Sonrakı müraciətlərini İrana ünvanladılar, ancaq yenə də nəticə əldə olunmadı. İndi də Hindistana üz tuturlar. Onlara elə dövlət lazımdır ki, öz əvəzlərinə Azərbaycanla döyüşdürüb, müharibə aparsınlar. Heç kim də bunu etməyib, etməyəcək. Ermənilərin ümidi Hindistanadır. Düşünürlər ki, Azərbaycanla Pakistan dost ölkələrdir. Hindistan isə Pakistanın qan düşmənidir. Belə olduğu halda, oradan ordu gətirərək, bizə qarşı istifadə etməyə çalışacaqlar. Əminəm ki, məlum niyyətləri də baş tutmayacaq".
Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin çox ağır vəziyyətdə olduğunu, hazırda erməniləri qorumalı olan təhlükəsizlik mexanizmlərinin işləmədiyini bildirib. O diqqətə çatdırıb ki, İrəvan Qərbə meyilli olmaqda ittiham edilir: “Lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik. Rusiya isə siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət