Təxribatlar ermənilərin klassik variantıdır
Yusif Nəzərli
23:10 14.06.2023
Gündəm
498
Ermənistanın atdığı bütün addımlar himayədarlarının onlara verdiyi təlimat və tapşırıq əsasında reallaşır
Ermənistan Silahlı Qüvvələri Naxçıvan istiqamətində ardıcıl təxribatlar törədir. Ötən gün erməni silahlıları Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutublar. Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Qeyd olunub ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Xarici İşlər Nazirliyi də İrəvana çağırış edib. Vurğulanıb ki, Ermənistan tərəfi son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməli, bölgədə gərginliyi artıran addımlara son qoymalıdır.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz "Sherg.az"a açıqlamasında bildirib ki, ermənilərin görə bildiyi "ən gözəl" iş təxtibat törətmək, pozuculuq etməkdir. Ekspertin sözlərinə görə, Ermənistan bu təhlükəli missiyasını israrla həyata keçirməkdədir:
"Ermənistana müstəqil bir dövlət kimi yanaşmaq lazım deyil. İrəvanın arxasında "day-day"ları, "abiləri" var. Ermənistanın atdığı bütün addımlar himayədarlarının onlara verdiyi təlimat və tapşırıq əsasında reallaşır. Məqsəd bölgədə gərginlik yaratmaqla Azərbaycanı nəyəsə təhrik etmək və rəsmi Bakını "günahkar" çıxartmaqdır. Azərbaycanı dünya ictimaiyyətinə "sülh danışıqlarından qaçan" tərəf kimi göstərməyə çalışırlar. Paşinyan hökumətinin də səhər-axşam fərqli fikirlər bəyan etməsi, rəsmilərin ziddiyyətli açıqlamaları bununla bağlıdır. Moskvada bir cür davranırlar, Brüsseldə, Vaşinqtonda ayrı cür hərəkət edirlər. Bu, ermənilərin klassik variantıdır. Bir yandan Paşinyan "Qarabağ Azərbaycan ərazisidir" deyir, Türkiyə və Azərbaycanla əməkdaşlıqdan danışır. Digər tərəfdən isə əsassız iddialarla rəsmi Bakı ittiham olunur. Yaxud da sərhəddə, o cümlədən Qarabağda təxribatlar törədilir".
Y.Karauz vurğulayıb ki, Azərbaycan Ordusu erməni tərəfindən atılan hər bir gülləyə misliylə qarşılıq vermək iqtidarındadır:
"Rəsmi Bakı bütün sülh platformalarında da öz maraqlarını qətiyyətlə müdafiə etməkdə, haqlı mübarizəsini davam etdirməkdədir. Bu siyasət həm hərb meydanında, həm də diplomatik sferada uğurla həyata keçirilməkdədir. 2023-cü ildə ermənilərin son çırpınışlarına şahidlik edəcəyik. Ancaq Azərbaycanın da səbrinin sonu var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm