Prezident: İli Azərbaycan-Özbəkistan münasibətlərinin yaxşı nəticələri ilə başa vururuq
10:44 24.11.2023
Gündəm
377
“Biz bu ay Özbəkistanda görüşmüşük və bu gün təmaslarımızı davam etdiririk. Biz o qədər tez-tez görüşürük ki, hətta bir-birimizdən ayrılmadığımız təəssüratı yaranır. Əlbəttə, bu, çox xoşdur”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşü zamanı bildirib.
“Mənim Özbəkistana səfərim və Sizin Azərbaycana dövlət səfəri zamanı biz Sizinlə elə bu cür də danışmışdıq ki, tez-tez görüşəcəyik, bu, ölkələrimiz və xalqlarımız üçün faydalı olacaq. Zənnimcə, cəmiyyətlərimiz də bütün bunları aydın şəkildə görür. Prezidentlərin qardaşlığı, komandaların üzvlərinin qarşılıqlı fəaliyyəti və ən əsası – nəticə. Nəticələr artıq görünür. Biz Sizinlə iqtisadi, ticari, sənayenin inkişafı və kooperasiya üzrə çox iddialı plan müəyyən etmişik və hamısı yerinə yetirilir.
Sizinlə razılaşdığımız kimi, biz müntəzəm olaraq tapşırıqların icrasına nəzarət edirik, hələ ki, öz tərəfimizdən heç kimə irad tutmamışıq. Srağagün SPECA-ya üzv ölkələrin sərgisi ilə tanış olduqda və Sizin hörmətli nazirlə Özbəkistan stendini bir daha ziyarət etdikdə, mən öz səfərim zamanı Daşkənddə şahidi olduqlarımı, məhz Sizin yaratdığınız sənaye gücünü yenidən gördüm və xatırladım.
Bu gün biz kooperasiya çərçivəsində, qarşılıqlı investisiyalar çərçivəsində, mahiyyətcə, həmçinin özümüzü təmin etməyə və ixraca istiqamətlənmiş birgə istehsalı yaradırıq. Bütün istiqamətlər üzrə fəal iş gedir. İli ikitərəfli münasibətlərin yaxşı nəticələri ilə başa vururuq, əlbəttə ki, növbəti ildən də yeni nəticələr gözləyirik” – dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət