
Ukraynayla-Rusiya savaşı: Kreml gah nala, gah mıxa vurur
11:24 25.12.2023
Aktual
546
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazırdır.
Bunu Kremlin sözçüsü Dmitri Peskov "New York Times" qəzetinə açıqlamasında bildirib.
O qeyd edib ki, Rusiya lideri xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaqdan ötrü Ukrayna ilə danışıqlara hazırdır.
“Rusiya əvvəlki kimi buna hazırdır, lakin yalnız öz məqsədlərinə çatmaq üçün...” deyə Peskov vurğulayıb.
Peskovun sözlərini “Sherg.az” üçün şərh edən politoloq Sultan Zahidov bildirib ki, Rusiyanın bir açıqlması ilə digəri üst-üstə düşmür:
“Bir tərəfdən Putin deyir ki, hərbi əməliyyatlar sona qədər davam edəcək, digər tərəfdən isə sülh danışıqlarına hazır olduğunu vurğulayır. Peskov da son açıqlamasında Rusiyanın öz məqsədlərinə çatmaq üçün danışıqlar apara biləcəyini söyləyib. Hərbi əməliyyatlar başlamazdan öncə Rusiyanın qarşısına qoyduğu məqsədlərdən başlıcası Ukraynanı demitarizasiyaya məruz qoymaq idi. Moskva belə şərtlər irəli sürəcəksə, sözsüz danışıqlar baş tutmayacaq. Digər tərəfdən rəsmi Kiyevində tələbləri Rusiya üçün kifayət qədər ağırdır. Bu hadisələr tərəflər arasında sülh sazişinin imzalanmasının qeyri-mümkünlüyünü göstərir. Amma hadisələrin gedişatını izlədikdə yaxın zaman kəsiyində atəşkəsin imzalanması real görsənir. Nəzərə alsaq ki, hər iki ölkə müharibə səbəbiylə olduqca tükənib. Rusiya Ukraynanın maddi, hərbi, enerji və s. baxımından yetərsizləşməsini və danışıqlar masasına oturmasına çalışır. Lakin digər tərəfdən Rusiyanın özünün iqtisadiyyatı təzyiqlərlə üz-üzədir, rəsmi Kreml beynəlxalq aləmdən təcrid olunub. Bütün başverənlərin fonunda Rusiya da atəşkəs üçün razılaşma tərəfdarıdır”.

Politoloq ABŞ da demokratların hakimiyyətdə olmasının atəşkəs üçün problem yaratdığını söyləyib:
“Çünki demokratların xarici siyasətinin əsas prioritet məsələlərindən biri Ukrayna Rusiya müharibəsidir. Bu baxımdan onlar tərəfindən bu günə qədər 113 milyard dollar vəsait ayrılıb. Atəşkəsin imzalanması pulların hədər getməsi demək olacaq. Amma növbəti il ABŞ də Prezident seçkiləri baş tutacaq. Donald Trump qalib gələcəyi təqdirdə Ukraynaya ayrılan vəsaitdə azalmaların olmasına ehtimal böyükdür. Belə olan halda Ukraynanın danışıqlar masasına oturmasının şahidi ola bilərik. Ən az ABŞ da baş tutacaq seçkilərə qədər müharibənin davam edəcəyini düşünürəm. Müəyyən periodlarda intensivlik azala bilər, amma ən az 1 il davam edəcəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol