Azərbaycanda lizinq ƏDV-dən azad edilib?
16:50 05.11.2025
İqtisadiyyat
162
Azərbaycanda lizinq şirkətlərinə, həm də lizinq alan sahibkarlara aktivləri əldə edərkən ödənilmiş ƏDV məbləğləri əvəzləşdiriləcək.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Vergi Məcəlləsinə edilən dəyişikliyin əsas məqsədi maliyyələşmə alətləri üzrə bərabər vergi rejiminin yaradılması, səmərəliliyin artırılması, ƏDV-nin dəyər zənciri üzrə son istehlakçıya ötürülməsi yolu ilə vergi yükünün azaldılması, biznes subyektlərinə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verməklə vergi yükünün optimallaşdırılmasıdır.
Son dəyişikliklərə qədər lizinq şirkətləri lizinqə verdikləri aktivləri əldə edərkən ödədikləri ƏDV məbləğlərini əvəzləşdirə bilmədiklərindən vergi məbləği aktivin dəyərinə daxil olurdu. Bu isə aktivi maliyyə lizinqi çərçivəsində əldə edən biznes subyektlərinin ƏDV-ni əvəzləşdirmək imkanını məhdudlaşdırır və kapital qoyuluşu üzrə vergi yükü yaradırdı. Lakin aktivlər bank kreditləri hesabına əldə edildiyi halda, biznes subyektləri həmin aktivlərə görə ödənilən ƏDV məbləğlərini əvəzləşdirə bilirdi və nəticədə maliyyə sektorunda maliyyələşmə alətləri üzrə vergi yükü fərqləri yaranmış olurdu ki, bu da lizinq bazarının rəqabətliliyinə mənfi təsir göstərirdi.
Lizinq şirkətlərinin gəliri olan ssuda faizlərinin isə maliyyə xidmətləri kimi ƏDV-dən azad olunması davam etməkdədir. Bununla yanaşı, lizinq şirkətləri tərəfindən aktivlər ƏDV ödənilmədən əldə edilibsə, həmin aktivlərin maliyyə lizinqi çərçivəsində biznes subyektlərinə təqdim edilməsi üzrə həm aktivin dəyəri, həm də ssuda faizlərinin tam şəkildə ƏDV-dən azad olunması davam etdiriləcək.
Daha bir vacib dəyişiklik lizinq alanın maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərini digər şəxsə ötürdüyü halda lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlərin maliyyə lizinqi hesab olunması, əvvəlki müqavilənin davamı sayılmasıdır.
Maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildikdə və həmin əməliyyat Vergi Məcəlləsinin 140.2-ci maddəsinin tələblərinə uyğun gəlmədiyi təqdirdə, belə əməliyyat maliyyə lizinqi hesab edilməyəcək. Bu zaman vergilərin dəqiqləşdirilməsi Vergi Məcəlləsinə əsasən aparılacaq.
Beləliklə, dəyişikliklərin yekun nəticəsində lizinq alətinin təşviqi və bu prosesdə iştirak edəcək subyektlərin bu alətdən daha çox istifadə etməsinə şərait yaranacaq.
Azərbaycanda ƏDV dərəcəsi 18 %-dir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya