
Hacıbala Abutalıbovun oğlu İstanbulda nə iş qarışdırdı? - FOTO
09:09 11.01.2024
Gündəm
504
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.
APA xəbər verir ki, belə bir iddia ilə Türkiyənin "artigercek.com" saytı çıxış edib.
Bildirilib ki, İsrafil Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib.

Nəşrin məlumatına görə, həmin bölgədə bir çox mülkə sahib olan İsrafil Abutalıbov bərpa adı altında binanın xarici görünüşünə xələl gətirib. Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib. Binanın yanındakı tikilidə mənzili olan İlyas Bayezit adlı şəxs isə pəncərələrin tamamilə bağlandığını bildirib. Daha sonra Bayezit 2019-cu ildə müxtəlif yerlərə lazımi şikayətlər edib. Bununla belə, şikayətlərə 2020-ci ildə baxılıb.
İstanbul Böyük Şəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, eyni zamanda, digər aidiyyəti qurumlara edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib.
Qeyd edilib ki, lakin heç bir söküntü aparılmayıb, prokurorluğa müraciət isə nəticəsiz qalıb.
İsrafil Abutalıbov da öz növbəsində İlyas Bayezitdən prokurorluğa şikayət edib. O, İlyas Bayezitin şikayət etməkdə məqsədinin onu pulla hədələmək olduğunu əsas gətirib. Abutalıbov şikayətçinin “Mənə pul verməsən, səndən daha çox şikayət edəcəm” dediyini iddia edib. Beyazit isə Abutalıbovla görüşmək üçün onun ofisinə çağırıldığını, lakin sonradan bu görüşün "basqın" kimi təqdim edildiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm