
Analitik: Putinin fəlaiyyətləri nəticəsində Rusiya bütün dünya ilə qarşıdurma vəziyyətindədir
11:40 17.01.2024
Aktual
632
Ukrayna rəsmiləri doğru qərar vermiş olsaydı, hər şey çoxdan bitmiş olardı.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Onlar danışıqlardan imtina etdilər! Amma sizə xatırladım ki, İstanbulda biz hər şeyi razılaşdırdıq, bunu sizə deyirəm, bələdiyyə başçıları, bütün vətəndaşlar bunu bilməlidir, siz birbaşa insanlarla işləyirsiniz: Biz hər şeyi razılaşdırdıq, üstəlik, Ukrayna tərəfinin danışıqlar qrupunun rəhbəri də buna imza atdı. İmza ordadır, bizdə sənəd var. Bizə dedilər: Rusiyanın həqiqətən də bu məsələləri sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirməli, qoşunları Kiyevdən çıxarmalıdır. Çıxartdıq. Bir gün sonra bütün razılaşmaları zibil qutusuna atdılar", - deyə Putin bildirib.
Putinin açıqlamaları və Rusiya Ukrayna müharibəsinin gedişatı barədə fikirlərini "Sherg.az" la bölüşən tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov bildirib ki, Ukrayna Qərbdən və ABŞ-dən gələn yardımlar sayəsində Rusiya ilə müharibənin müddətini uzada bilir:
"Rəsmi Kiyev tək başına Rusiya ilə müharibəni 2 il müddətində davam etdirə bilməzdi. Bu bütün dünyada bilinən bir gerçəkdi. Rusiyada belə bir deyim var ki, Qərb sonuncu Ukrayna əsgərinə qədər Rusiya ilə mübarizə aparmağa hazırdır. Hazırda Ukrayna müdafiə olunan tərəfdir. Amma bu da bir reallıqdır ki, Ukrayna Rusiya ilə müharibəyə Qərb tərəfindən təşviq olunub və onların istədiyi zamana qədər davam edəcəkdir".

Analitik Putinin Türkiyədə olanlarla bağlı sözlərində həqiqət payı olduğunu, amma Ukrayna ilə vəziyyətin bu qədər gərginləşməsində onun böyük rol oynadığını söyləyib:
"Vladimir Putinin aparmış olduğu fəlaiyyətlərin nəticəsində Rusiya demək olar ki, bütün dünya ilə qarşıdurma vəziyyətindədir. Nəticə etibarı ilə Ukrayna ilə sülh sazişi imzalamaq, ən azından atəşkəsə getmək istəyirsə, ilk növbədə Ukraynanın işğal etdiyi bölgələrdən çıxması və rəsmi Kiyev tərəfinə xoş niyyət sərgiləməsi lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya