
İsrail hökuməti Qəzzanı tamamilə işğal etmək niyyətindədir - ŞƏRH
17:57 10.02.2024
Gündəm
661
Çox ağır silahlar işə düşüb
"İsrailin Qəzzaya hərbi cavabının həddindən artıq olduğuna inanıram. Bu müharibə üçün daimi fasilə zəruridir". Bu sözləri ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirilən brifinqdə deyib. Bayden bildirib ki, o atəşkəs mövzusunda razılığa gəlmək və girovların azadlığı üçün çox çalışır: "Burada insanlar əziyyət çəkir, nə qədər günahsız insan acından ölür. Bu gedişat mütləq dayanmalıdır".
Xatırladaq ki, İsrail Fələstinin HƏMAS Hərəkatının Qəzza zolağında üçmərhələli atəşkəs planında nəzərdə tutulan tələblərini yerinə yetirməkdən imtina edib. İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, İsrail ardıcıl qələbələr qazanır: "HƏMAS-ın irəli sürdüyü müvəqqəti atəşkəs şərtləri sərsəm tələblərdir. Vəziyyəti düzəltmək üçün danışıqlar lazımdır, amma Fələstin tərəfi məqbul addımlar atmır". Baş nazir qeyd edib ki, İsrail ordusu Qəzza zolağında Rəfahda hərbi əməliyyata hazırlaşır. Bu, vaxt aparan prosesdir. HƏMAS-ın hərbi çöküşünə alternativ yoxdur".
Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, İsrail hökuməti Qəzzanı tamamilə işğal etmək niyyətindədir:

"İsrail Qəzzaya qarşı çox ağır silahlardan istifadə edir. Vəziyyət o həddə çatıb ki, artıq İsrailin özündə də Netanyahuya qarşı etirazlar var. İsrailin solçu qüvvələri lap əvvəldən bu müharibəyə qarşıdır. Benyamin Netanyahunun bu qədər radikal addımlar atması müttəfiqi ABŞ-də ciddi narahatlıq doğurur. Bayden Administrasiyası bu əməliyyatlardan çox narahatdır və bu əməliyyatların bitməsini istəyir. Qətər, Türkiyə və Misir regionda İsrailə qarşı əsas qarşı duran dövlətlərdir. Netanyahu dünyanı yeni bir gərginliyə aparır. Şübhəsiz ki, Yaxın Şərqdə vəziyyətin nizamlanması yalnız və yalnız demokratik və tam müstəqil Fələstin dövlətinin yaradılmasından keçir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya