Əli Əsədov: Bu, Azərbaycan üçün prioritetdir
Əli Əsədov: Bu, Azərbaycan üçün prioritetdir
14:15 03.06.2024
Gündəm
478
Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə keçirilən “Avrasiya İqtisadi İttifaqının Ərzaq Təhlükəsizliyi” mövzusunda plenar iclasda qonaq qismində iştirak edib.
Sherg.az xəbər verir ki, plenar iclasda çıxış edən Ə.Əsədov iştirakçıların diqqətini ərzaq təhlükəsizliyinin vacibliyinə yönəldib.
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi cəmiyyətin sağlamlığının, rifahının və dayanıqlı inkişafının təmin edilməsində mühüm rol oynayır, ölkənin iqtisadi və sosial sabitliyi ilə bilavasitə bağlıdır, eyni zamanda, milli təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir:
Baş nazir qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın dövlət iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib.
Ə.Əsədov vurğulayıb ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi 3 faiz artıb: “Eyni zamanda, heyvandarlıq məhsullarında artım 3,2 faiz, bitkiçilikdə isə 2,7 faiz olub:
“Müsbət tendensiya bu il də davam edir. İlk 4 ayda kənd təsərrüfatı məhsulları istehsalı 1,6 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,5 faiz, bitkiçilik məhsullarının istehsalı isə 2,7 faiz artıb”.
Vurğulanıb ki, dəstək tədbirləri sayəsində ölkənin bir sıra ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, kartof, yumurta, ət və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 80 faizi ötüb.
Baş nazir ötən ilin sonunda Azərbaycanın qeyri-neft və qaz ixracının təxminən 10 faiz artdığını qeyd edib.
İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə mənfi təsirinə toxunan Ə.Əsədov Azərbaycanın iqlim dəyişikliyi ilə qlobal mübarizəyə verdiyi töhfələr barədə plenar iclas iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, bu il COP29-un Azərbaycanda keçirilməsi ölkənin bu istiqamətdə strategiyasının tərkib hissəsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət