
Şadlıq evlərində qiymət artdı: Kasıb insan kasıb, varlı insan varlı toyu etməlidir -RƏY
10:17 19.07.2024
Cəmiyyət
477
Bakıda şadlıq saraylarında qiymət artımı ötən ay da davam edib.
Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
2024-cü ilin iyun ayında şadlıq saraylarında sifarişlərin sayı 18.4 faiz artıb. Tələbin artması qiymətlərə də təsir göstərib.
Belə ki, şadlıq saraylarında iyun ayında qiymətlər 7 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 9.4 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 6.3 faiz yüksəlib.
Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 5.2 faiz artım qeydə alınıb.
İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, şadlıq sarayları menyu qiymətlərini özləri tənzimləyir:

“Alıcıların imkanları varsa, həmin menyunu götürür, yoxdusa, ucuz və büdcələrinə uyğun menyu seçirlər. İnsanlar bahalı və qiyməti büdcələrinə uyğun olmayan şadlıq saraylarında tədbir keçirmək məcburiyyətində deyillər. Restoranlar kifayət qədər rəqabətli bazardır və bazar qiymətləri tənzimləyir. Menyuların bahalaşmasına səbəb çəkilən xərclərin qiymətlərinin artmasından ibarətdir. Son illər ərzaq qiymətlərində artımlar baş verdiyi üçün restoranlara da öz təsirini göstərir. Ötən il infliyasiya sürətli şəkildə oldu. Bu səbəblə də şadlıq sarayı menyunu ucuz verə bilməz. Çünki icarə və işçilərin əmək haqqı ödənilməlidir. Son statistikalar onu göstərir ki, əhalinin sayının artmasına baxmayaraq evlənənlərin sayı daha da azalır. Menyu qiymətinin artmasını toy sayı ilə əlaqəli olduğuna inanmıram. Şadlıq sarayları müxtəlif qiymət siyasəti həyata keçirir. Hər qiymətdə şadlıq sarayları var. Kasıb insan kasıb toyu, varlı insanda varlı toyu etməlidir. Yəni məcbur deyil həngamə edilsin. Ümumiyyətlə istehlakçılar davranışlarını dəyişmək məcburiyyətində qalacaqlar. Qonşuma baxım bəhsə girim məsələləri alınmır. Bizim toy adət ənənələrimiz Şərqdən qidalanır, özümüz isə Qərbə doğru gedirik. Qiymətlərimiz də artmaqda davam edəcək. Bu normal prosesdir. Hər hansı dövlət strukturu və yaxud da qanunvericilik şadlıq sarayının qiymətinə təsir göstərə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya