
Liviyada nisbi sabitlik formalaşıb - RƏY
02:26 26.07.2024
Dünya
459
Azərbaycan səfirliyinin də fəaliyyətinin bərpasına ehtiyac var
"Azərbaycanın Liviyadakı səfirliyinin də fəaliyyətini bərpasına ehtiyac var". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Azərbaycan və Liviya beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirirlər:

"Prezident İlham Əliyev iki il əvvəl Liviyanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul edərkən həm işğal dövründə, həm də işğaldan sonra Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ölkəmizin həmişə Liviyanın dəstəyini gördüyünü vurğulayıb. Azərbaycanın Liviyadakı səfirliyi vətəndaş müharibəsinin ən ağır günlərində fəaliyyətini davam etdirib, döyüşlərin getdiyi illərdə 38 Azərbaycan vətəndaşı təxliyyə olunub. Ancaq müharibə şiddətləndikcə Azərbaycan digər ölkələr kimi bu dövlətdə səfirliyinin fəaliyyətini müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb. Liviyada hakimiyyət dəyişikliyi sülhə gətirib çıxarmadı, müxtəlif qruplaşmalar və qəbilələr arasında toqquşmalar illər uzunu davam etdi. General Hafter üsyan başlatdı, onun ordusu ağır texnikadan istifadə edərək paytaxt Tripoli və ətrafını bombalayırdı. Türkiyə Hafterə qarşı Liviyada qanuni hakimiyyəti dəstəklədi. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəlki çıxışında ölkəsinin Liviyada bu ölkənin qanuni hökuməti olan Tripoli rəhbərliyinin yanında olmağa davam edəcəyini bildirib. “Ölkəmiz Liviyaya ayaq basan kimi üsyançı Hafterin irəliləyişini əsasən dayanmışdı” deyən Ərdoğan Tripoli rəhbərliyini ölkənin hər yerində hakimiyyət qurması üçün dəstəkləyəcəyini vurğulayıb. Liviya hökuməti Aralıq dənizi ilə bağlı Ankara ilə razılaşma əldə edib. Bu razılaşma Türkiyənin mövqeyini Aralıq dənizində daha da gücləndirib".
Analitikin fikrincə, Liviyada nisbi sabitlik formalaşıb və bir sıra ölkələr yenidən səfirliklərini Liviyada açırlar: "Türkiyə səfirliyi Tripolidəki fəaliyyətini ən ağır günlərdə belə davam etdirib. Beş illik fasilədən sonra Hindistan da Liviyada səfirliyinin fəaliyyətini bərpa edib. Dehli və Tripoli bunu iki ölkə arasında diplomatik münasibətlərin genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndiriblər. Buna qədər Hindistanın Liviyadakı səfirliyi qonşu Tunisdən idarə olunurdu. Hindistanın Liviyada səfirliyinin açılması həm də ölkədəki hind icması üçün müsbət haldır. Göründüyü kimi, böyük dövlətlər Liviyaya qayıdırlar. Liviya Aralıq dənizinə çıxışı olan zəngin neft ölkəsidir. Liviyada neft istehsalı vətəndaş müharibəsindən əvvəlki duruma gəlib çatmasa da, bu ölkədə sabitlik gücləndirkcə neftin istehsalı artacaq. Əfqanıstanda Taliban hakimiyyəti ələ keçirdikdən sonra bir çox ölkə Kabildə səfirliyini qapatdı. Ancaq sonrakı mərhələdə Əfqanıstanda səfirliklərin bir qismi açılmağa başlandı. Çünki Taliban Əfqanıstanda real gücdür. Azərbaycanın da bu ölkədə səfirliyinin fəaliyyətini bərpa etməsi doğru qərar idi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşdə güclü alışma baş verib
01:17 18.11.2026
Ekologiya
Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq
00:56 18.11.2026
Cənubi Qafqaz
Lənkəranda 13 yaşlı yeniyetmə bıçaqla boğazından xəsarət aldı
23:16 17.11.2026
Hadisə
İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!
22:58 17.11.2026
Son dəqiqə
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
22:39 17.11.2026
Dünya
Vladimir Putin Çinə səfər etdi
22:20 17.11.2026
Gündəm
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm