Əsl ləzzət ordadır: Qaynadılmış qarğıdalı suyunu atmayın!
12:57 09.08.2024
Sağlamlıq
888
Qarğıdalı suyunu bir çox insan atır. Lakin bu qiymətli suyun müxtəlif, bilinməyən faydaları var. Onu atmaq əvəzinə istifadə edin, ləzzətini görəcəksiniz.
Sherg.az xəbər verir ki, adətən qarğıdalı qaynadıqdan sonra suyuna ehtiyac qalmır. Ancaq qarğıdalı suyunun alternativ faydalarını görəndə onu atmaq istəməyəcəksiniz.
Halbuki qarğıdalı suyu çox miqdarda vitamin, mineral və antioksidan ehtiva edir. Bədəninizin ehtiyac duyduğu qidaları ödəyir. O, şorbanı qatılaşdırır və əlavə dad verir. Xüsusilə qaymaqlı şorbalar və qaymaqlı souslar üçün istifadə edilə bilər.
Düyü və ya makaron bişirərkən su yerinə qaynadılmış qarğıdalı suyundan istifadə etməklə yeməyinizə əlavə dad vermiş olacaqsınız. Körpələr və kiçik uşaqlar üçün qidalandırıcı içki kimi də istifadə edilə bilər. Şirin dadı olduğu üçün uşaq qidalarına əlavə etmək olar.
Qaynadılmış qarğıdalı suyu tərkibindəki minerallar sayəsində ev bitkiləri üçün təbii gübrə rolunu oynayır. Soyudulmuş qarğıdalı suyunu bitkilərinizi suladığınız suya əlavə edərək istifadə edə bilərsiniz. Beləliklə, bitkilər daha sağlam böyüyəcək.
Qarğıdalı suyunun dərini sağaldan təsirlərə malik olduğunu bilirdinizmi? Suda yığılan vitamin və minerallar da dərinin sağlamlığını yaxşılaşdıracaq. Qaynadılmış qarğıdalı suyunu soyudub pambıqla üzünüzə tonik kimi çəkə bilərsiniz. Tərkibindəki nişasta dəri üçün də təsirlidir.
Saçlarınızı daha parlaq və sağlam etmək istəyirsinizsə, şampundan sonra onları qaynadılmış qarğıdalı suyu ilə yaxalamağa çalışın. Xüsusilə zədələnmiş saçları qidalandıraraq onları sağaldır.
Evdə hazırlanmış təmizləyici məhsullarda qaynadılmış qarğıdalı suyundan istifadə edə bilərsiniz. Qarğıdalı suyunun tərkibində olan nişasta təbii ləkə təmizləyicisi kimi işə yarayır. Xüsusilə mətbəx səthlərini və ya ləkələri təmizləyərkən onu sınayın.
Fermentasiya edilmiş məhsullar hazırlayarkən də qaynadılmış qarğıdalı suyundan istifadə edə bilərsiniz. Turşu hazırladığınız zaman bankalara bir az qaynadılmış qarğıdalı suyu əlavə etsəniz, onun dadını artırar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial