
SHAM sədri: Sarkisyan kimilər cəzasız qala bilməz
Yusif Nəzərli
08:58 10.10.2024
Siyasət
389
Belə cinayətkarlar nəinki Azərbaycan üçün, bütün bəşəriyyət, insanlıq üçün təhlükəlidir
Ermənistanın eks-rəhbərləri, Xocalı qatilləri Robert Köçəryan və Serj Sarkisyanın Azərbaycana təhvil verilməsi məsələsi yenidən gündəmə gəlib. Bəzi ekspertlər bu şəxslərin Azərbaycana təhvil verilə biləcəyini iddia edir.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Sherg.az"a açıqlamasında deyib ki, indiki reallıqda adıkeçən cinayətkarların Ermənistan hökuməti tərəfindən Azərbaycana təhvil verilməsi inandırıcı görünmür:

“Azərbaycan tələb edir ki, bu şəxslər Qarabağda törətdikləri cinayətlərə görə mühakimə olunub, layiqli cəzanı alsınlar. Lakin bir reallıq var ki, Ermənistan əli xocalıların qanına batmış eks prezidentləri təhvil verəcək olsaydı, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunan və hazırda müvəqqəti saxlanma təcridxanalarında olan Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan kimi kimi cinayətkarlarla bağlı beynəlxalq platformalarda əsassız ittihamların səsləndirilməsi üçün bu qədər səy göstərməzdilər.
Azərbaycana qarşı çıxışlar edib, bəyanatlar səsləndirən separatçı Samvel Şahramanyana Ermənistanda rahat şərait yaradılması Ermənistan hökumətinin sülh prosesində səmimi olmadığını göstərir.
Düzdür, Ermənsitanda Azərbaycanla sülh sazişinin bağlanmasını, düşmənçiliyə son verib, Cənubi Qafqazda sülhə nail olunmasını istəyən qüvvələr var. Lakin revanşist hissləri alovlandıran Köçəryan, Sarkisyan kimi şəxslər olduğu müddətdə Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində ciddi bir irəliləyiş olmayacaq. Əgər Nikol Paşinyan həqiqətən də sülhə nail olmaq, Azərbaycanla münasibətləri normallaşdırmağa qərarlıdırsa və həmişəlik sülh əldə etmək istəyirsə, bu halda Azərbaycanın haqlı tələblərinə əməl etməli, Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan kimi cinayətkar ünsürləri Azərbaycana təhvil verməlidir. Bu canilər faktiki olaraq Azərbaycan xalqına, Azərbaycana qarşı cinayətlər törədiblər, bununla bağlı kifayət qədər sübutlar var. Xocalı soyqırımında birbaşa əli və iştirakı olan Serj Sarkisyan kimi cinayətkarlar cəzasız qala bilməz. Belə cinayətkarların cəzasız qalması nəinki Azərbaycan üçün, bütün bəşəriyyət, insanlıq üçün təhlükəlidir. Nikol Paşinyan bu məsələdə ədalətli və haqlı mövqe sərgiləməlidir ki, cinayətkarların məsuliyyətə cəlb edilməsi ilə tarixi ədalətin bərpa edilməsində iştirak etsin, eyni zamanda Ermənistan cəmiyyətini, erməni toplumunu, dövlətini belə cinayətkar ünsürlərdən təmizləmiş olsun”.
X.Bəşirovun sözlərinə görə, Sarkisyanın və Köçəryanın indiki halda heç bir imtiyazı olmadığı üçün soyqırımı və digər cinayətlərdə iştirakı ilə bağlı hüquqi təqib başladıla bilər:
“Azərbaycan hökuməti isə beynəlxalq hüququn tələblərinə uyğun olaraq onlar haqqında tədbir görə, onların məsuliyətə cəlb olunması ilə bağlı real addımlar ata bilər. Bu bizim beynəlxalq hüquqla tanınan haqqımızdır. Lakin zamanı yetişənə qədər biz atılması vacib olan digər addımları atmalıyıq. Həbs olunan erməni canilərinə layiq olduqları cəzalarlı verməli, sülh sazişini bağlamalı və Ermənistan hökumətinin işğal dönəmində Azərbaycana vurduğu zərərlə bağlı təzminatın alınmasına nail olmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya