Tehranı təcrid etmək çətinləşir - RƏY
00:19 11.10.2024
Siyasət
391
İranın xarici əlaqələri indi xüsusilə Rusiya və Çin tərəfindən gücləndirilir
"İstər ABŞ-nin, istərsə də İsrailin İrana qarşı siyasəti İranın Yaxın Şərqdə təsirini sürətləndirməyə və Tehranın nüvə silahına doğru əhəmiyyətli irəliləyiş əldə etməsinə maneə yaratmayıb". Bunu "Sherg.az"a siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, ABŞ-nin Əfqanıstanla başladığı Yaxın Şərq siyasətinin yeni epoxasında İranla olan sövdələşmələri Tehrana yardımçı olub:
"ABŞ-nin İraqa müdaxiləsi ilə Tehran-Vaşinqton arasındakı gizli tərəfdaşlıq İranın Yaxın Şərq arenasında qeyri-dövlət aktorlarını yaratmağa kömək edib. İsrail İranla ABŞ arasındakı sövdələşmələr və hazırda davam edən nüvə danışıqlarının arasında qalmaqdansa, Vaşinqtonun xətlərindən kənara çıxmağı üstün bir siyasət kimi nümayiş etdirir. Yaxın Şərqdə münaqişələrin sonlanmasındansa, mövcud eskalasiyalara idarəedici formada hökmran olmaq uğrunda region ölkələri ilə yanaşı, qlobal güclər kontekstində Rusiya, ABŞ və Çin arasında güclü rəqabət gedir. Bunun müşayiətində nə İsrailin, nə də İranın dünyaya fundamental baxışlarının dəyişəcəyi ehtimalları var. İranın xarici əlaqələri indi xüsusilə Rusiya və Çin tərəfindən gücləndirilir ki, bu da Tehranı təcrid etməyin çətinliklərini vurğulayır".
Analitikin fikrincə, İsrailin arxasında ABŞ dayansa da, Təl-Əviv təkbaşına uzunmüddətli strategiya qurmaq prinsipindən çıxış edir: "Lakin bu da onun Pekinlə əlaqələrinə baxışda müştərək plan qurmaq ehtimallarını arxa plana atmır. İranın nüvə silahı həddinə yaxınlaşması fonunda İsraillə olan gərginliyi idarə etmək üçün Çinin vasitəçilik səylərinə analitik inam formalaşır. Çünki Çin Yaxın Şərqdə İranla Səudiyyə Ərəbistanının mütləq formada olmasa da, barışığına nail oldu. Çin Fələstindaxili problemləri həll etdikdən sonra İsraillə Fələstinin mümkün danışıqlarında moderator qismində görünməyə həvəslidir. Yekunda Çin İsrail-İran konfliktinin daxilində uzunmüddətli strategiyasını həyata keçirmək üçün Tehran-Təl-Əviv danışıqlarının başladılması üçün düyməyə basa bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə