Yaponiyanın Asiya NATO-u təklifi: Bu ABŞ-nin mövqelərinə də zərbədir -ANALİZ
13:23 11.10.2024
Dünya
432
Hərbi blokların yaradılması ilə bağlı istənilən fikir qarşıdurma riski daşıyır və bu, qaynar fazaya keçə bilər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaponiyanın NATO-nun Asiya analoqunun yaradılması təklifini şərh edərkən deyib. O bildirib ki, istənilən militarizasiya, hərbi blokların yaradılması ilə bağlı hər hansı ideyalar həmişə özləri ilə qaynar fazaya çevrilə biləcək qarşıdurma riskləri daşıyır. Qeyd edək ki, seçki kampaniyası zamanı Yaponiyanın yeni Baş naziri İşiba ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsini, Asiya NATO-sunun və regionda kollektiv təhlükəsizlik sisteminin yaradılmasının tərəfdarı olduğunu deyib.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, hazırda Rusiya və Çinin Yaponiya ətrafında hərbi gərginliyi durmadan artır:
“İki dövlətin də Yaponiya ilə bağlı mübahisəli məsələləri var. Məsələn, Yaponiya və Rusiya arasında Saxalin adaları məsələsi mövcuddur. Eyni zamanda Yaponiya Çinin Tayvan ərazisində hərbi şəkildə fəallaşmasından da narahatdır. Xüsusilə nəzərə almaq lazımdır ki, Çin və Rusiya Yaponiya sərhədində bir müddətdir əməliyyat keçirirlər. Buna görə də Yaponiya sözügedən vəziyyətdən narahatdır və Asiya NATO-nun yaradılması təklif edir. Bura əsasən Hindistanı daxil etmək istəyir. Bildiyimiz kimi Hindistan da NATO-nun üzvü deyil. Hindistan xarici işlər naziri bildirib ki, Yaponiyadan başqa strateji müttəfiqimiz yoxdur. Yaponiyanın təşəbbüsü ilə Asiya NATO-nun yaradılması Amerika Birləşmiş Ştatlarının mövqeylərinə də ciddi zərbədir. Çünki həmin qurumun yaradılması hazırki NATO-nun parçalanmasına gətirib çıxara bilər. Onsuz da Avropa dövlətləri NATO-dan ayrılmaq istəyirlər və ABŞ-nin hegomonluğunu qəbul etmirlər. Hazırki durumda Yaponiyanın istəyi ilə Asiya NATO-nun yaradılması qeyri-mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət