Prezident: Avropa İttifaqı əvvəllər olduğu kimi Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır
Prezident: Avropa İttifaqı əvvəllər olduğu kimi Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır
13:25 14.10.2024
Siyasət
413
Avropa İttifaqı əvvəllər olduğu kimi Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır.
Sherg.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.
"Belə ki, Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmamışdır. Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyatı yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir. Dövlətimizin başçısı vurğuladı ki, əgər mümkündürsə, mən belə bir tövsiyyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki, Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır", - deyə Preizdent bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region