Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə Nazirlərin 9-cu iclası keçirilib
11:45 12.11.2024
COP29
486
Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 9-cu Nazirlər/Rəhbər Komitənin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Macarıstanı isə Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Peter Sztaray təmsil edib.
Görüşdə Bolqarıstanın energetika naziri Vladimir Malinov, Avropa Komissiyasının enerji siyasəti üzrə direktoru Kristina Lobillo Borrero, “CESI” şirkətinin Baş icraçı direktoru Nicola Melchiotti, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Mark Bouman, Avropa İnvestisiya Bankının (AİB) “Wind Europe” şirkətinin rəsmiləri, həmçinin ötürücü sistem operatorlarının nümayəndələri iştirak ediblər.
İclasda “CESI” şirkəti tərəfindən “Yaşıl Enerji Dəhlizi Layihəsi” üzrə aparılan texniki-iqtisadi əsaslandırmanın (TİƏ) ilkin nəticələrini əks etdirən hesabat təqdim olunub. Bərpaolunan enerji və “yaşıl hidrogen” üzrə tələbat və istehsala dair proqnozlar, texnologiyalar, interkonnektorların texniki-iqtisadi potensialı barədə məlumatlar diqqətə çatdırılıb. Yaşıl elektrik və hidrogen infrastrukturunun yaradılması və ötürülməsinə dair ilkin təhlillər bölüşülüb.
Energetika naziri Pərviz Şahbazov çıxışında “yaşıl enerji dəhlizi”nin Azərbaycanın COP təşəbbüslərindən biri olduğunu vurğulayaraq layihə üzvlərini bu təşəbbüsü dəstəkləməyə çağırıb. Nazir qeyd edib ki, texniki-iqtisadi əsaslandırmanın (TİƏ) ilkin nəticələri layihə üçün potensial biznes modelləri ilə bağlı müzakirələrə başlamağı, tələb və təkliflə bağlı aydın və uzunmüddətli planları zəruri edir. O, layihənin fiber-optik komponenti üzrə tezliklə ekspert qrupunun görüşünün keçirilməsini təklif edib. Müzakirələr zamanı məsləhətçinin texniki-iqtisadi əsaslandırmanın uğurla tamamlanması üçün tərəflərlə əməkdaşlığını davam etdirməsi tövsiyə olunub. AYİB və AİB-in layihəyə marağı və texniki-iqtisadi əsaslandırma başa çatdıqdan sonra əməkdaşlıq imkanları qeyd olunub. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Yaşıl Enerji Dəhlizi” təşəbbüsü ilə bağlı əldə olunmuş irəliləyişlər yüksək qiymətləndirilib. Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında regional enerji təhlükəsizliyinin, yaşıl enerji keçidinin və əlaqələndirmənin gücləndirilməsi niyyəti bir daha ifadə edilib.
Yeni təsis olunmuş Birgə Müəssisənin fəaliyyət planının hazırlanması ilə bağlı işlər də müzakirə olunub. 8-ci Nazirlər görüşündə qəbul olunmuş qərara uyğun olaraq energetika nazirinin müşaviri Fərhad Məmmədov Birgə Müəssisənin baş direktoru təyin edilib. Yekunda Birgə Müəssisənin fəaliyyəti üzrə hüquqi məsələlərin tezliklə yekunlaşdırılması razılaşdırılıb.
Bolqarıstanın Sazişə qoşulması ilə bağlı ölkənin marağına və nazirlərin əvvəlki görüşlərinin qərarlarına əsaslanaraq zəruri prosedurlara başlamaq barədə razılığa gəlinib. İclasın yekunlarına dair Protokol imzalanıb.
Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq