Süni intellektlə bağlı kibertəhlükəsizlik məsələləri daha da aktuallaşacaq -Ekspert
Yusif Nəzərli
05:51 23.02.2025
Texnologiya
692
İnsanları yaxınları ilə sınağa çəkirlər
“İnsanlara yaxın doğmalarının görüntüsü və səsi ilə manipulyasiya edərək fövqəladə hadisə, qəza və ya digər təcili situasiyalar bəhanəsi ilə zənglər edilə bilər”
Son dövrlərdə kibertəhlükəsizlik sahəsində qarşılaşdığımız təhdidlər daha da mürəkkəbləşib və qlobal miqyasda yayılmağa başlayıb.
Bunu Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısında çıxışı zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov deyib.
O bildirib ki, artıq kibercinayətkarlar yalnız dövlət məlumatlarını və ya şəbəkələrini deyil, eyni zamanda daha çox fərdi istifadəçiləri hədəfə alırlar. Belə təhdidlərin qarşısını almaq üçün daha sıx əməkdaşlıq, daha çox təcrübə mübadiləsi və maarifləndirməyə ehtiyac var.
“Yeni təhlükə tendensiyalarına diqqət etsək, müzakirə edilən məsələlər arasında dipfeyk kimi yeni kibertəhlükəsizlik çağırışları, DDOS hücumları, fişinq, sosial mühəndislik və ransomveyer kimi təhdidlər son dərəcə ciddi problem olaraq qalır. Bu kimi hücumlar sadəcə kiçik təşkilatlara deyil, həm də böyük təşkilatlara da öz təsirlərini göstərə bilir. Bütün bunlar göstərir ki, kibertəhlükəsizlik sahəsindəki təhdidlər təkcə texnoloji deyil, həm də sosial və siyasi müstəvidə öz geniş təsirini göstərir”- rəis müavini qeyd edib.
O əlavə edib ki, süni intellekt kibertəhlükəsizlikdə həm böyük imkanlar təqdim edir, həm də yeni risklər yaradır: “Süni intellektin informasiya təhlükəsizliyini təmin etmək üçün istifadə edilməsi, məlumat analitikası, anomaliya aşkarlanması və kiberhücumların erkən mərhələdə aşkar edilməsi kimi sahələrdə böyük irəliləyişlərə səbəb olub. Lakin süni intellektin həmçinin kiberhücumlarda istifadə olunması riski də mövcuddur. Kiberhücuma məruz qalan şəbəkələrə qarşı süni intellekt ilə həyata keçirilən hücumlar təhlükəsizlik tədbirlərini daha çətinləşdirir və mübarizəni daha da mürəkkəbləşdirir”.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov isə hesab edir ki, kibertəhlükəsizliyin daim inkişaf edən texnologiyalarla ayaqlaşması zərurəti günümüzün reallığıdır. Ekspert “Sherg.az"a açıqlamasında kiberdələduzların texnologiyanın imkanlarından istifadə edərək öz məqsədlərinə çatmaqda kifayət qədər peşəkar olmasından danışıb. Hazırda müxtəlif istiqamətlərdə kibertəhlükəsizlik problemlərinin mövcud olduğunu xatırladan E.Abbasov süni intellektin bu sahədə mühüm rol oynamağa başladığını da qeyd edib:
“Dünyanın bir çox ölkəsində süni intellekt texnologiyalarından istifadə edərək səs eyniləşdirilməsi və yaxın qohumların adından istifadə olunması kimi kiberdələduzluq üsulları geniş yayılıb. Hələ ki Azərbaycan dilində səs eyniləşdirilməsi tam mümkün deyil. Mövcud texnologiyalar əsasən türkcə və ya rusca səsləri daha yaxşı tanıyır. Lakin yaxın gələcəkdə, həm səs, həm də görüntü eyniləşdirmə texnologiyalarının Azərbaycan dilində də tətbiq olunacağı gözlənilir. Bu texnologiyanın inkişafı ilə yeni kibertəhlükələr ortaya çıxa bilər. Cari ildə süni intellektlə bağlı kibertəhlükəsizlik məsələlərinin daha da aktuallaşacağı proqnozlaşdırılır. İnsanlara yaxın doğmalarının görüntüsü və səsi ilə manipulyasiya edərək fövqəladə hadisə, qəza və ya digər təcili situasiyalar bəhanəsi ilə zənglər edilə bilər. Bu cür kiberdələduzluq metodları qurbanları psixoloji təsir altında qərar verməyə məcbur edir və daha inandırıcı olur”.
E.Abbasov hazırda Azərbaycanda kiberdələduzluğun daha primitiv formalarının geniş yayıldığını qeyd edib:
“Məsələn, vətəndaşlara müxtəlif dövlət qurumlarının və ya bank sektorunun əməkdaşları adı ilə zənglər olunur və onların şəxsi məlumatları ələ keçirilməyə çalışılır. Bu kimi risklərə qarşı vətəndaşların maarifləndirilməsi və rəqəmsal təhlükəsizlik biliklərinin artırılması vacibdir. Müvafiq qurumlar bu istiqamətdə müxtəlif layihələr həyata keçirsə də, fərdi ehtiyatlılıq və texnoloji trendlərdən xəbərdar olmaq hər bir insan üçün vacibdir. Kiberdələduzluq halları ilə qarşılaşmamaq üçün hər hansı naməlum zənglərə, şübhəli mesajlara və gözlənilməz təcili müraciətlərə qarşı diqqətli olmaq tövsiyə olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə