Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib
Yusif Nəzərli
13:12 15.03.2025
Siyasət
303
Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin 2025-ci il martın 13-də qəbul etdiyi qətnamə ilə əlaqədar Avropa Parlamentinə etiraz məktubu göndərib.
Sherg.az məktubun mətnini təqdim edir:
"Biz Avropa Parlamentinin 2025-ci il martın 13-də qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın ağır cinayətlərdə iştirak etmiş şəxsləri məhkəmə qaydasında təqib etmək kimi qanuni hüququ tanınmır. Bundan əlavə, qətnamədə son otuz il ərzində mövcud olmuş tarixi şəraitə və Ermənistanın qanunsuz hərəkətləri nəticəsində Azərbaycan xalqının çəkdiyi böyük iztirablara bilərəkdən göz yumulur", - etiraz məktubunda deyilir.
Məktubda qeyd olunub ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlayıb, dinc Azərbaycan vətəndaşlarına qarşı saysız-hesabsız müharibə cinayətləri törədib: "Bu cinayətlərə etnik təmizləmə, insan hüquqlarının ciddi pozuntuları və Azərbaycanın mirasının sistemli şəkildə məhv edilməsi də daxildir. Avropa Parlamenti bu vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barəsində daim susmağa üstünlük vermişdir. Bu soyqırımı aktı zamanı erməni silahlı qüvvələri uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 613 günahsız insanı qəddarcasına qətlə yetirmişlər. Azərbaycanın itkin düşmüş 4 minə yaxın dinc sakininin taleyi hələ də məlum deyil, lakin selektiv və qərəzli yanaşmaya əsaslanan Avropa Parlamenti bu cinayətləri görməzdən gəlir, çünki Azərbaycana qarşı haqsız və saxta iddiaları üstün tutur.
Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan silahlı separatçılıq, sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir. Qətnamədə Azərbaycanın 2023-cü ildə "blokada" və "etnik təmizləmə" həyata keçirməsi barədə irəli sürülən ittihamlar başqa bir şey deyil, diqqəti haqsızlığın əsl günahkarlarından – onilliklər ərzində Azərbaycan torpaqlarını işğal etmiş, 750 min azərbaycanlını zorla yurdlarından qovmuş və işğal altında saxladıqları bütün şəhər və kəndləri yerlə-yeksan etmiş Ermənistan silahlı qüvvələrindən yayındırmağa yönələn siyasi motivli uydurmalardır.
Qeyd edilməlidir ki, Qarabağ bölgəsinin Azərbaycanın Konstitusiya çərçivəsinə yenidən inteqrasiyası beynəlxalq hüquqa tam uyğun həyata keçirilmişdir. Bu baxımdan Avropa Parlamentinin "sanksiyalar", sazişlərin "dayandırılması" və diplomatik məhdudiyyətlər barədə çağırışları Azərbaycanın daxili işlərinə qarışmaq üçün göstərilən qəbuledilməz cəhdlərdir. Bu cür siyasi motivli hərəkətlər regionda sabitliyə xidmət etmir, əksinə, yalnız gərginliyi artırır və davamlı sülhə nail olmaq perspektivlərini sarsıdır.
Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiq olaraq qalır. Heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham bizi qanunun aliliyini qorumaqdan və ölkəmizə qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirə bilməz. Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunvericiliyini pozmuş, ədalətli və şəffaf məhkəmə prosesi çərçivəsində məsuliyyətə cəlb edilməli olan cinayətkarlardır. Bütün tərəflər belə bir reallığı qəbul etməlidirlər ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və silahlı separatizmdən qorumaq kimi suveren hüququnu həyata keçirir. Beləliklə, Avropa Parlamentinin qətnaməsi sülhü və ya ədaləti deyil, düşmənçiliyi qızışdırmaq və birtərəfli siyasi gündəliyi təşviq etmək cəhdidir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Avropa Parlamentini sülhə və barışığa qarşı yönələn siyasi motivli hərəkətlərə yol verməkdənsə, ədalət və suverenlik prinsiplərinə hörmət bəsləməyə çağırırıq. Yalnız haqq-ədalət və qarşılıqlı anlaşma sayəsində Cənubi Qafqazda həqiqi sabitlik əldə edilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran mediası 21-ci əsrdə, düşüncə isə orta əsrlərdədir - ŞƏRH
18:30 11.02.2026
Gündəm
150-dən çox məktəbə direktor təyin olunur
18:24 11.02.2026
Elm və Təhsil
Ömrünü xidmətə çevirən şəxsiyyət
18:21 11.02.2026
Cəmiyyət
Nəriman "Qarabağ"a təşəkkür etdi
18:17 11.02.2026
Futbol
Türkiyə və Yunanıstan liderləri Ankarada görüşüb
18:10 11.02.2026
Dünya
Azərbaycan neytrallığını qoruyacaq - Hərbi ekspert
18:06 11.02.2026
Gündəm
Paşinyan Azərbaycana dəmir yolu üçün fərqli istiqamət təklif etdi
17:52 11.02.2026
Aktual
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNDİ
17:38 11.02.2026
Gündəm
Ukrayna ordusu bu kəndi azad etdi
17:01 11.02.2026
Dünya
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya
“Maariv”: Tramp sonda İrana hücum qərarı verəcək
16:07 11.02.2026
Gündəm
Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
15:54 11.02.2026
Gündəm