Mikayıl Cabbarov Pakistan baş naziri ilə görüşdü

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şərifin qəbulunda olub.

Sherg.az xəbər verir ki, o, bu barədə X-də yazıb.

"Azərbaycan- Pakistan tərəfdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, - M.Cabbarov qeyd edib.