
Z və Y nəsillərin ən böyük arzusu nədir? Araşdırma ortaya çıxardı
Yusif Nəzərli
07:37 20.04.2025
Cəmiyyət
558
Böyük Britaniyada yerləşən bir səyahət şirkətinin apardığı araşdırmaya əsasən, gənc yetkinlərin ən böyük arzusu artıq evlənmək və ya ev sahibi olmaq deyil, uzun səyahətlərə çıxmaqdır.
Sherg.az xəbər verir ki, "The Mirror" nəşrində yer alan araşdırmada, Z və Y nəsillərinin 30 yaşına çatmamışdan əvvəlki ən böyük istəyinin uzun bir səyahətə çıxmaq olduğu bildirilir. Ənənəvi həyat hədəfləri arxa planda qalarkən, iştirakçıların 27%-i 30 yaşa çatmaqdan qorxduğunu bildirib. 31%-i isə kifayət qədər həyəcanverici təcrübələr yaşaya bilmədiyinə görə məyus olduğunu qeyd edib.
25-29 yaş aralığında olan gənclərlə aparılan təhlil, bu yaş qrupunun gündəlik həyatdan uzaqlaşıb böyük bir səyahətə çıxmaq istədiyini göstərir. İştirakçıların demək olar ki, yarısı 30 yaşa çatmazdan əvvəl böyük bir səyahətə çıxmağı qarşısına məqsəd qoyub.
Dünyanı gəzmək, bu yaş qrupundakı insanlar üçün artıq ev almaq və ya evlənməkdən daha önəmli hesab olunur. Araşdırmada iştirak edənlərin 58%-i bu günə qədər yalnız beş və ya daha az ölkə gördüyünü bildirib.

Bu nəsillərin arzularını əsasən ekzotik mədəniyyətləri tanımaq, təbiət möcüzələrini yaxından görmək və Tayland, Barbados, Meksika kimi yerlərə səyahət etmək bəzəyir.
Lakin iştirakçıların 53%-i yüksək xərclərin bu cür səyahətləri planlaşdırmaqda çəkindirici rol oynadığını qeyd edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət