Zaxarova Ermənistanda Rusiya əleyhinə plakata görə ABŞ səfirliyini ittiham edib
13:08 20.05.2025
Dünya
423
Rusiya İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun İrəvana səfəri ərəfəsində Ermənistan paytaxtındakı Kiyev körpüsündən Rusiya əleyhinə plakatın asılmasına münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə məlum aksiya ilə bağlı ABŞ səfirliyini ittiham edib.
O xatırladıb ki, ABŞ-ın Ermənistandakı səfirliyində 2 minə yaxın adam işləyir. "Görünür, bəzilərinin USAID xətti ilə köçürülən pulları hələ tükənməyib, ona görə də bu cür layihələrə xərcləyirlər.
ABŞ səfirliyində başa düşməyiblər ki, Rusiya-Ermənistan münasibətlərini pozmaqla deyil, Rusiya-Amerika münasibətlərini gücləndirməklə məşğul olmaq lazımdır".
Zaxarova həmçinin aksiyanın dünyanın bir çox yerlərində pul ilə həyata keçirildiyi söyləyib və bunu işlənmiş adlandırıb.
"Bizim Ermənistanla təkcə müzakirə üçün deyil, həm də konkret tətbiqi praqmatik iş üçün bütün istiqamətlər üzrə geniş gündəliyimiz var. Həm də bilirik ki, azlıqların çoxu bunu sevmir. Ona görə də biz konstruktiv, müsbət gündəmə istiqamətlənmişik", Rusiya XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov mayın 21-22-də İrəvana işgüzar səfərə gedəcək. Səfər öncəsi İrəvanda körpüdən Rusiya prezidenti Vladimir Putinin üzərinə "qatil" yazılmış fotosu və Ukrayna müharibəsinə dair yazının əks olunduğu böyük plakat asılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya