
Putin və Zelenski arasında birbaşa təmas üçün bir neçə şərt mövcuddur -Politoloq
13:26 20.05.2025
Dünya
531
Vladimir Putin və Donald Tramp Kreml rəhbərinin Ukrayna lideri Volodimir Zelenski ilə birbaşa təması məsələsini müzakirə ediblər.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Şübhəsiz ki, Rusiya və Ukrayna arasında birbaşa təmaslar və bu təmasların davam etdirilməsi mövzusu müzakirə olunub,” – deyə Dmitri Peskov qeyd edib.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a söyləyib ki, Putin və Zelenski arasında birbaşa təmasların olması üçün bir neçə şərt mövcuddur:

"Bu, ilk baxışdan çətin görünsə də, imkansız deyil. Nəzərə alaq ki, Rusiyada Ukrayna Prezidenti ilə bağlı bir qədər tərəddüdlər var. Həmçinin Zelenskinin hakimiyyətinin legitimliyi barədə tez-tez fikirlər səsləndirilir. Kreml bunun belə əsaslandırır ki, Ukraynada artıq Zelenskinin səlahiyyət müddəti başa çatıb. Odur ki, yeni prezident seçkiləri keçirilməlidir. Digər tərəfdən konstitusiyaya görə, ölkə ərazisində müharibənin getdiyi bir mərhələdə Ukraynada hər hansı seçkinin reallaşması mümkünsüzdür. Rusiya və Ukraynanın nümayəndə heyətlərinin yaxınlaşmasını Moskva nəzərə almalı, o cümlədən bu istiqamətdə addımlar atmalıdır. Danışıqların formatı Rusiyanın maraqlarına uyğun gedərsə, liderlər arasında birbaşa təmas baş tuta bilər".
Politoloq qeyd edib ki, ümumilikdə İstanbul görüşü ilə bağlı mühüm gözləntilər var:
"Türkiyə vasitəçi ölkə kimi bu prosesin uğur qazanması üçün əlindən gələni əsirgəmir. Üstəlik, ABŞ da məsələyə töhfə verməyə çalışır. Bu barədə dəfələrlə Tramp administrasiyasının açıqlamaları olub. Liderlər arasında keçiriləcək görüş müharibənin başa çatdırılması və münasibətlərin normallaşması baxımından mühüm əhəmiyyət kəsb edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya