
Ədalət Verdiyev: “Ermənistan lokal toqquşmalar üçün hazırlıq görür”
11:14 10.06.2025
Hərbi
818
Son günlər Ermənistan Silahlı Qüvvələrinin sərhəd ərazilərində fəallaşması diqqət çəkir. Bu barədə məlumatı hərbi-siyasi analizlər təqdim edən “44th Ranger Regiment” adlı Telegram kanalı yayıb. Kanalın paylaşdığı vizual görüntülərdə Ermənistan ordusuna məxsus 3 ədəd hərbi yük maşını və 5 ədəd artilleriya qurğusunun hərbi hissələrdən kənar, açıq ərazidə yerləşdirildiyi müşahidə olunur. Məlumatda bildirilir ki, bu texnikaların cəmləşdiyi mövqelər döyüş hazırlığı məqsədilə seçilmiş ola bilər. Belə ki, Ermənistan ordusu uzun illərdir müxtəlif bölgələrdə “lokal eskalasiya” strategiyası ilə öz hərbi varlığını nümayiş etdirməyə çalışır. Son müşahidələr də bu təcrübənin davam etdiyini göstərir.
Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a bildirib ki, tez-tez Azərbaycan ilə Ermənistan arasında müharibənin baş verməyəcəyinə dair bəyanatlar verən Ermənistanın baş naziri Nikol Paşinyan əslində regionda sülhün bərqərar olması üçün deyil, münaqişənin davam etməsi üçün müxtəlif addımlar atmaqda davam edir:

“Son aylar ərzində Ermənistan ordusu xarici ölkələrin dəstəyi ilə əldə etdiyi silah və hərbi texnikanı müxtəlif təlimlərdə sınaqdan keçirib. Eyni zamanda, Azərbaycanla sərhəd ərazilərə əlavə artilleriya qurğuları yerləşdirilib, qoşun hissələrinin yerdəyişməsi həyata keçirilib. Bu isə Ermənistan rəhbərliyinin verdiyi sülh bəyanatlarının real vəziyyətlə ziddiyyət təşkil etdiyini açıq şəkildə nümayiş etdirir. Ermənistan tərəfi görünür ki, zaman qazanaraq yeni hərbi eskalasiyalara hazırlaşır və mümkün silahlı qarşıdurmalar üçün öz ordusunun döyüş qabiliyyətini bərpa etməyə çalışır. Hazırda Ermənistanın genişmiqyaslı müharibə aparmaq gücü və resursu məhduddur. Lakin bu məhdudiyyətlər onun lokal toqquşmalar və təxribat xarakterli hərəkətlərlə bölgədə gərginliyi artırmaq siyasətindən çəkindirmir. Belə davranışlar sülh prosesinə zərbə vurmaqla yanaşı, regionda təhlükəsizlik balansını da pozur. Bütün bunlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri hər cür təxribata layiqli cavab verməyə qadirdir və ölkənin suverenliyini, ərazi bütövlüyünü qorumağa tam hazırdır. Ermənistan rəhbərliyi anlamalıdır ki, bu cür təxribatlar nəticə etibarilə onların özləri üçün daha ağır fəsadlara səbəb ola bilər. Regionda sülh və sabitlik yalnız qarşılıqlı inam, real addımlar və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlər fonunda mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya