
Analitik: Erməni kilsəsinin kənarlaşdırılmasına çox ciddi ehtiyac var
09:00 11.06.2025
Aktual
422
Bütün ermənilərin katolikosu II Qaregin tezliklə istefa verəcək.
Bu barədə “Joqovurd” qəzeti Ermənistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Erməni nəşri yazır: “Hakim elita əmindir ki, katolikos tezliklə istefa verəcək. Qəzetimizin hökumətdəki mənbələri iddia edirlər ki, katolikosun başqa çıxış yolu yoxdur, o, Baş nazir Nikol Paşinyana təslim olmaq məcburiyyətində qalıb. Hökumət mənbələri deyirlər ki, təzyiqlər günbəgün artdıqca onun çıxış yolu olmayacaq”.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.
Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a deyib ki, Paşinyan və Qaregin arasında çox sərt mübarizə gedir:

"Ermənistan Baş nazirinin bu gərginlikdən qalib çıxması daha məqsədəuyğundur. Çünki kilsə Ermənistanı bəlaya sürükləmiş bir strukturdur. Hətta kilsə təşkilatçılığı dindən başqa bütün çirkin əməllərlə məşğul olur. Həmçinin Azərbaycan xalqına qarşı qəddar erməniçiliyin, daşnaksütun ideyasının yayılması istiqamətinin əsasında kilsənin xüsusi rolu var. Bu mənada həm erməni, həm də bölgə xalqlarını faciəvi vəziyyətlərə sala biləcək, din adına yaraşmayan şəxslərin qarşısını almaq üçün kilsədə islahatlar keçirilməlidir. Paşinyanın qalibiyyəti isə onun gücündən, prosesi xalqa düzgün izah edərək dəstək almasından asılıdır. Erməni kilsəsinin bu məsələlərdən kənarlaşdırılmasına çox ciddi ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat
Tramp Avropa müttəfiqlərinin ordularını zəif adlandırdı
09:30 06.08.2026
Gündəm
İran ABŞ-ın mümkün hücumu halında Fars körfəzi ölkələrini hədələdi
09:24 06.08.2026
Gündəm
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
09:19 06.08.2026
İqtisadiyyat
Qızılın qiyməti bir unsiya üçün 4 350 dolları ötüb
09:15 06.08.2026
İqtisadiyyat
Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
09:10 06.08.2026
Gündəm
Politico: ABŞ və Ukrayna arasında kəşfiyyat əməkdaşlığı yaxşılaşıb
09:07 06.08.2026
Dünya
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
08:58 06.08.2026
Gündəm