
Pul var, amma güvən yoxdur: Azərbaycanda banklara inam çöküb
Yusif Nəzərli
11:14 26.06.2025
İqtisadiyyat
598
SSRİ-dən miras qalan qorxu hələ də yaşayır
Azərbaycan bank sektorunda müddətli əmanət yerləşdirən unikal müştərilərin (FİN üzrə) sayı artmaqda davam edir. Mərkəzi Bankın statistik bülletenində qeyd edilib ki, 2023-cü ilin sonuna bu göstərici 106 723 nəfər təşkil etdiyi halda, 2025-ci ilin may ayının sonuna bu rəqəm 165 061 nəfərə yüksəlib. Beləliklə, bir il yarım ərzində unikal müddətli əmanətçilərin sayı 55 faiz artım göstərib. Qeyd edək ki, burada unikal əmanətçi dedikdə banka müddətli pul yerləşdirən fiziki şəxslər nəzərdə tutulur.
2024-cü ilin ilk yarısında bu göstərici 130 min nəfərə çatmış, ilin sonunda isə 150 min nəfəri keçmişdi. 2025-ci ilin ilk beş ayı ərzində də artım davam edib. Yanvar ayında 154 181 nəfər olan əmanətçi sayı, mayda 165 min nəfəri ötüb. Bu, ilin əvvəlindən bəri 7 faizə yaxın artım deməkdir.
Qeyd edək ki, banklarda fiziki şəxslərin ümumilikdə 14.734 mlrd. manat əmanətlərinin 9.198 mlrd. manatı müddətli, qalan 5.536 mlrd. manatı isə tələbli depozitlər olub.
Unikal əmanətçilərin sayının artmasına gəlincə, mütəxəssislər bunun bir neçə əsas səbəbi olduğunu vurğulayıb. Pul siyasətinin təkmilləşdirilməsi, vergi güzəştlərinin tətbiqi və əmanətlərin sığortalanması bu dinamikanı şərtləndirən amillərdən hesab olunur. Qeyd edilib ki, bu müsbət dinamika ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsinə, bank sektorunun stabil inkişafına və iqtisadiyyatda vəsaitlərin daha effektiv dövriyyəsinə töhfə verir.
İqtisadçı-ekspert Natiq Cəfərli Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycanda unikal əmanətçilərin sayı sürətlə artsa da, onların sayı hələ də azdır. Ekspertin sözlərinə görə, əhali nisbətinə görə Türkiyə, Gürcüstan və Rusiyadan çox geri qalırıq:

“Son 35 illik tarixə baxsaq, zaman-zaman əmanətçilərin bank sektroru ilə problemlər yaşadığını görərik. SSRİ-nin dağılmasından sonra dövlət banklarında böyük məbləğdə vəsaitin batması, eləcə də 2015-də baş verən devalvasiyalardan sonra çoxlu sayda bankın lisenziyasının ləğv edilməsi insanlarda bank sisteminə olan güvəni zəiflədib. Az əmanətçinin olmasının digər səbəbi Azərbaycan əhalisinin daha çox daşınmaz əmlaka investisiya etməsidir. Əhalinin yığım imkanı olan hissəsi Azərbaycanda, Türkiyədə və Gürcüstanda evlər və obyektlər alırlar. Digər səbəb isə əhalinin çox hissəsinin gəlirinin aşağı olmasıdır. Orta statistik azərbaycanlının həm özünü təmin etməsi, həm də pul yığıb banka qoyması çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət