“Türkiyə-Azərbaycan qardaşlığını zəifləmək istəyənlər məqsədlərinə çatmayacaqlar”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
“Bir millət, iki dövlət” kimi tərif etdiyimiz bu münasiblərlər sabahlara işıq salan sönməz məşəldir”, - o bildirib.
Türkiyə lideri Azərbaycanın Bayraq gününü də təbrik edib.
Ərdoğan bununla bağlı çıxışında şair Bəxtiyar Vahabzadədən bir bənd şeir də deyib:
“Birdir bizim hər halımız,
Diləyimiz, amalımız,
Bayraqlarda hilalımız -
Azərbaycan - Türkiyə”.