Pilləkən çıxmaqda çətinlik – demansın erkən siqnalı
Yusif Nəzərli
04:45 06.07.2025
Sağlamlıq
386
Demansın ən tanınan erkən əlaməti yaddaş itkisi olsa da, mütəxəssislər daha az bilinən fiziki əlamətlərə də diqqət çəkir.
Sherg.az xəbər verir ki, dünyada 50 milyondan çox insan demansla yaşayır. Bu, tək bir xəstəlik deyil, yaddaş, şəxsiyyət və hərəkət bacarıqlarına təsir edən nevroloji pozuntular toplusudur. Xüsusilə 65 yaşdan yuxarı şəxslərdə yaygındır.
“Alzheimer Scotland” təşkilatına görə, demansın erkən əlamətlərindən biri də pilləkən çıxarkən ayaqları tam qaldıra bilməmək, büdrəmək və ya yeriyərkən ayaqları sürümək ola bilər. Bu, beynin zədələnmiş hissələrinə bağlıdır.
Əgər siz və ya yaxınlarınız pilləkən çıxmaqda çətinlik çəkirsizsə, bu hal demansla əlaqəli ola bilər. Belə vəziyyətdə həkimlə məsləhətləşmək tövsiyə olunur.
Qorunmaq üçün nələr etmək olar?
Mütəxəssislər həftədə azı iki dəfə güc və balans məşqlərinin (oturub-qalxmaq, yerimək və s.) düşmə riskini azaltdığını bildirir.
Digər əlamətlər nələrdir?
Britaniya Səhiyyə Xidməti (NHS) demansın digər əlamətləri kimi qərarvermə çətinliyi, vaxt və məkanla bağlı qarışıqlıq, danışıqda və söz tapmaqda çətinlik kimi simptomları qeyd edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol