
Professor: Geomaqnit qasırğası Günəşdə baş verən təbii-fiziki proseslərlə əlaqəlidir
12:29 07.08.2025
Sağlamlıq
334
Günəşdə ötən günlərdə baş vermiş güclü partlayışlar cümə günü Yerə təsir etməyə başlayacaq. Bu, uzunmüddətli geomaqnit qasırğasına səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun "Telegram" kanalında məlumat verilib.
Qeyd edilir ki, Yer orbitinə yaxın günəş küləyinin sürəti hazırda təqribən 400 km/s təşkil edir, cümə-şənbə gününə qədər isə 600-700 km/s-ə qədər artacaq.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, geomaqnit qasırğası adlanan hadisələr Günəşdə baş verən təbii-fiziki proseslərlə əlaqəlidir:

“Ümumilikdə Yer kürəsini kosmik maqnit sahəsinin təsirlərindən və kosmik mənşəli radioaktiv şüalanmadan qoruyan əsas təbəqə onun atmosferidir. Atmosferi nə qədər qoruyucu funksiyaya malik olsa da, müəyyən miqdarda radioaktiv şüalar yenə də Yer səthinə çata bilir. Lakin bu şüalanma həyati təhlükə doğuracaq səviyyədə deyil və bu səbəbdən canlı orqanizmlər Yer kürəsində mövcudluğunu qoruyub saxlaya bilir. Bəzən Günəşin daxili qatlarında güclü termonüvə reaksiyaları baş verir və bu proses nəticəsində yaranan elektromaqnit dalğaları Yerə qədər çatır. Bu zaman Yer kürəsinin elektromaqnit sahəsində müəyyən dəyişikliklər müşahidə oluna bilər. Belə dəyişikliklər xüsusilə meteohəssas insanlarda bir sıra fizioloji reaksiyalarla nəticələnə bilər. Məsələn sinir sistemi, oynaqlarla bağlı problemlər, qan təzyiqinin qeyri-sabitliyi, qanda şəkərin səviyyəsinin artması, bronxial xəstəliklərdən əziyyət çəkən şəxslərdə spazmların güclənməsi və digər simptomlar müşahidə edilə bilər. Bu səbəbdən meteohəssas şəxslər həkimləri ilə mütəmadi məsləhətləşməli və sağlamlıqlarına nəzarət etməlidirlər. Əslində maqnit qasırğaları Yer kürəsinin mövcud olduğu milyardlarla illik zaman kəsiyində dəfələrlə baş verib. Yer kürəsinin təqribi yaşı dörd milyard il olaraq qəbul olunur. Bunu nəzərə alaraq deyə bilərik ki, uzun zaman ərzində onun səthində çoxsaylı geofiziki və kosmik proseslər baş verib. Bu cür hadisələr tarixi və geoloji baxımdan təbii proseslər hesab olunur və gələcəkdə də baş verməyə davam edəcək. Atmosferin mövcudluğu Yer kürəsində həyat üçün olduqca vacib şərtdir. Atmosfer həm oksigen dövranını təmin edir, həm də kosmik radiasiyadan qoruyucu baryer funksiyasını yerinə yetirir. Əgər atmosfer mövcud olmasaydı, Yer kürəsində heç bir canlı orqanizm sağ qala bilməzdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət