Millət vəkili: "ABŞ-də baş tutması gözlənilən görüş yeni reallığın davamıdır"
10:09 08.08.2025
Siyasət
393
"Bu görüşdən gözləntilər böyükdür, amma unutmayaq ki, gözləntiləri reallığa çevirən tək amil - dövlətin iradəsi və dövlət başçısının siyasi uzaqgörənliyidir".
"Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər təkcə hərbi cəbhədə üstünlüyümüzü təsdiqləmədi. Bu Zəfər eyni zamanda regionun siyasi və diplomatik reallıqlarını kökündən dəyişdirdi".
"Sherg.az"ın xəbərinə görə, bu barədə millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Deputat bildirib ki, Ermənistanın illərlə arxalandığı “toxunulmazlıq qalxanı” sındı və Azərbaycanın haqq səsi beynəlxalq tribunalarda daha güclü eşidilməyə başladı:
"İndi ABŞ-də baş tutması gözlənilən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşü də məhz bu yeni reallığın davamıdır. Əgər illər öncə bu formatda görüşlərdə Azərbaycanın mövqeləri bərabər tərəf kimi deyil, “problemin tərəfi” kimi təqdim olunurdusa, indi durum tamamilə fərqlidir. İndi biz qalib, haqlı və şərtləri diqtə edən tərəfik. İlham Əliyev siyasətinin uğuru ondan ibarətdir ki, hərbi Zəfəri siyasi və diplomatik platformalarda ardıcıl şəkildə möhkəmləndirir. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçiriləcək görüşün özü belə Azərbaycanın beynəlxalq çəkisinin artmasının göstəricisidir. Bu təkcə iki ölkə rəhbərinin danışıqları deyil, həm də Güney Qafqazda yeni status-kvonun ABŞ, ümumən Qərb tərəfindən rəsmən qəbulunun ifadəsidir. Görüş öncəsi Prezident İlham Əliyevin ABŞ rəsmiləri ilə apardığı ikitərəfli müzakirələr, imzalanan sənədlər, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq ismarıcları, əslində Vaşinqtonun da regionda yeni güc balansını dərk etdiyini göstərir".
Parlament üzvü vurğulayıb ki, yerli və beynəlxalq mediada səslənən əsas mövzulardan biri 907-ci düzəlişin fəaliyyətinin tam dayandırılması məsələsidir:
"Bu düzəliş illərlə ABŞ-Azərbaycan münasibətlərində süni maneə kimi saxlanıldı. İndi isə həm Vaşinqtonun, həm də beynəlxalq təşkilatların regionun yeni siyasi gerçəkliklərini qəbul etməsi fonunda, bu maneənin aradan qaldırılması real siyasi addıma çevrilə bilər. Azərbaycan qalib tərəf kimi sülh müqaviləsinin imzalanmasını, regionda bütün kommunikasiya xətlərinin açılmasını dəstəkləyir. Çünki sülh bizim üçün güzəşt yox, üstünlüyümüzün diplomatik təsdiqidir. Paşinyan hakimiyyəti də başa düşür ki, müharibədə itirdiklərini diplomatiya masasında geri qaytara bilməz. Ona görə də Ermənistan üçün ən rasional yol — Azərbaycanın irəli sürdüyü əsas prinsipləri qəbul etməkdir. Prezident İlham Əliyevin Vaşinqtondakı hər siyasi-diplomatik addımı bir həqiqəti təsdiqləyir. Azərbaycanın müstəqil siyasəti, milli maraqlara əsaslanan diplomatik xətti, həm hərbi güc, həm də siyasi iradə ilə qorunur. Bu siyasət nəticəsində biz təkcə ərazilərimizi azad etmədik, həm də gələcək onilliklərdə bölgədə sülhün və inkişafın təminatçısına çevrildik. Tarixi Zəfərin yaratdığı üstün mövqe indi ABŞ-də, sabah Avropada, sonra isə dünyanın bütün siyasi mərkəzlərində Azərbaycanın sözünü daha gur səsləndirəcək. Bu görüşdən gözləntilər böyükdür, amma unutmayaq ki, gözləntiləri reallığa çevirən tək amil - dövlətin iradəsi və dövlət başçısının siyasi uzaqgörənliyidir. Bu isə Azərbaycanın hazırkı diplomatiyasında ən güclü tərəfimizdir.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol