
Professor: Xroniki xəstəliyi olan şəxslər maqnit qasırğaları barədə əvvəlcədən məlumatlandırılmalıdır
12:54 19.08.2025
Sağlamlıq
436
20 avqust 2025-ci ildə Yer kürəsini maqnit qasırğası vura bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəsmi saytında məlumat verilib.
Mütəxəssislər Bakı vaxtı ilə saat 19 radələrində Günəş aktivliyinin növbəti partlayışını gözləyirlər. Qasırğanın səviyyəsi G1.0 olacaq.
Xatırladaq ki, ekspertlər avqustun 19-da da maqnit qasırğası proqnozlaşdırmışdılar. Bazar ertəsi (18 avqust) başlayan qasırğa çərşənbə axşamı (19 avqust) səhərə qədər davam edəcək və Bakı vaxtı ilə səhər saat 7:00-dan günortaya kimi təxminən 9 ballıq şkala üzrə 5-ə yaxın gücdə kifayət qədər güclü qasırğa gözlənilir.
Tibb və fəlsəfə elmləri doktoru Adil Qeybulla “Sherg.az”a bildirdi ki, maqnit qasırğaları, ümumiyyətlə, Günəş sistemi yarandığı dövrdən mövcuddur:

“Onlar Günəşin nüvəsində baş verən güclü partlayışlarla əlaqədar olaraq elektromaqnit sahəsinin dəyişməsi nəticəsində formalaşır və təbii ki, ətraf mühitə, o cümlədən Günəş sisteminə daxil olan planetlərə təsir göstərir. Yer kürəsinin atmosferi olduğuna görə, Günəşin bəzi neqativ təsirləri insanlar tərəfindən birbaşa hiss olunmur. Əgər Yer kürəsinin atmosferi mövcud olmasaydı, gündüzlər səth həddindən artıq qızar, gecələr isə temperatur −170°С-yə qədər enə bilərdi. Ay səthində müşahidə olunan bu proseslər Yer kürəsində atmosferin mövcudluğu nəticəsində neytrallaşdırılır, istilik saxlanılır və bunun nəticəsində Yer kürəsində həyat mümkündür. Hər bir planetin özünəməxsus elektromaqnit sahəsi vardır və canlılar müəyyən qədər bu şəraitə adaptasiya olunun. Lakin bəzən Günəşin nüvəsində baş verən partlayışlar nəticəsində yaranan güclü elektromaqnit dalğaları Yer kürəsinin səthinə qədər çata bilir. Onların bir hissəsi atmosferdə neytrallaşır, lakin müəyyən hissəsi səthə qədər gəlib çıxır və bu, meteohəssas insanlarda klinik əlamətlərlə özünü göstərə bilər. Belə hallarda arterial təzyiqdə kəskin dəyişikliklər, bronxial astmalı xəstələrdə tutmalar, epilepsiya xəstələrində qıcolma hallarının yaranması, şəkərli diabetli xəstələrdə vəziyyətin ağırlaşması müşahidə edilə bilər. Bu səbəbdən xroniki xəstəliyi olan şəxslər maqnit qasırğaları barədə əvvəlcədən məlumatlandırılmalı, həkimlə məsləhətləşməli və profilaktik tədbirlər görməlidirlər. Belə dövrlərdə xüsusən qan təzyiqi tez-tez dəyişən, nevroloji problemləri olan, qeyri-stabil stenokardiya diaqnozu qoyulmuş şəxslər daha diqqətli davranmalı, əgər zəruri deyilsə, açıq havada uzun müddət fəaliyyət göstərməkdən çəkinməli və mütləq şəkildə həkim tövsiyələrinə əməl etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm