Xalq artisti qızını POLİSƏ VERDİ
09:30 20.08.2025
Şou
368
Xalq artisti, məşhur rəqqasə Roza Cəlilova qızı Yeganə Aslanovanı polisə verib.
Sherg.az Olay.az-a istinadən xəbər verir ki, Səbail Rayonu 9-cu Polis Bölməsinə müraciət edən sənətkar qızının ondan zinət əşyalarını alıb qaytarmadığını iddia edib.
O bildirib ki, 4 ədəd brilyant qaşlı sırğa və başqa bahalı aksessuarlarını qızından ala bilmir.
96 yaşlı Cəlilova faktı təsdiqləyib və ikinci dəfə qızından polisə şikayət etdiyini bildirib:
“Oğlum və qızım hər ikisi savadlı insanlardır. Onların bir-biriləri ilə yola getməməsi məni çox əzir. Bu, çox çətindir, amma dözürəm. Mən harasa gedəndə öz hədiyyələrimi övladlarıma tapşırmışam. Onlara əmanət verirəm, onsuz da əvvəl-axır onların olacaq. Bir də var ki, əmanət edirəm, sonra gəlib görürəm ki, yoxdur. Həmişə ana-nənə övladlarına gələcək üçün yadigar saxlayırlar. Bu hadisə olub, insanın acığına gəlir. Bu, bir evdir, hamısı sizindir, niyə yola getmirsiniz? Pis şeydir.
Oğlum çox ağıllı və savadlıdır. O, hər şeyə dözür. Qızımın xasiyyəti çətindir, sözə baxmır. Onun da xarakteri elədir. Yaxşı olar ki, ailə möhkəm olsun, bir-birini sevsin. Bilmirəm, zinət əşyalarım necə itib. Az şey deyil, 4 ayrı brilyantdır. İndi vəziyyət elə yaranıb ki, ona ehtiyacım var. Qızımla bu yaxınlarda görüşdüm, polisə ərizə yazacağımı bildirdim, şikayət etdim. Fikirləşdim ki, bu bir az mədəniyyətsizlik kimi çıxır, geri çəkim. Şikayəti geri çəkdim, onda da dedi ki, qızıllar itib. Bəs kim aparıb? Necə ola bilər? İtibsə, canı sağ olsun, lakin çox müəmmalıdır. Bizim vəziyyətimiz ağırdır, güclə dolanırıq. Qızımdan soruşdum, dedi ki, oğurlayıblar. Məndə elə xasiyyət var ki, hər şeyə inanıram. Ola bilər ki, götürüblər, yenə də müəmmalıdır. Ona əlimlə əmanət etdim, dedim, saxla, övladların var. Qızıllarım qızım Yeganədə çox qaldı, ola bilər ki, kimsə götürüb. Dörd brilyantdır. Kim onu götürüb? Onun evindən gedib.
Dedim, necə oldu getdi? Görmürdün ki, özgə malıdır? Mənə qızılların itdiyini şikayət edəndən sonra dedi ki, oğurlayıblar. Bunu əvvəldən desən, söhbəti açmazdım. Bunları kim oğurlayıbsa, onu tapmalıyam. Sənə vaxt verirlər, axtar tap. Çünki oğlumun ehtiyacı var. Soruşdum ki, onlar haradadır? Dedi ki, oğurlayıblar. Balaca şey deyil, kim götürübsə, axtarıb tap. Ərizəni geri çəkdim ki, camaat eşitməsin, çünki uzaq deyil, qızımdı. Ya qaytarsın, ya da pulunu göndərsin. Adam özününkünə bunu etməz. Mənim qızım düz etmədi. Gərək gəlib deyərdi, ana, ikisini verirəm, üçü qalsın. Deyərdim, nəvələrimə qalar, danışmazdım”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm