
Ekspert: Bakıya gələn turistlərin əksəriyyəti Qobustan palçıq vulkanlarına üz tutur
12:26 26.08.2025
İqtisadiyyat
392
2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15.7 faiz artaraq 864.3 milyon manat olub.
Bakı şəhər Statistika İdarəsi xəbər verir ki, bu dövrdə kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Belə ki, Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 294 milyon 355.4 min manat təşkil edib ki, bu 2024-cü ilin I yarımili ilə müqayisədə 17.7% çoxdur.
Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Belə ki, Nərimanovda ictimai iaşə dövriyyəsinin dəyəri 127 milyon 786.3 min manat təşkil edib ki, bu da əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 31.5% çoxdur.
Üçüncü yerdə isə Nəsimi rayonu dayanır. Bu dövrdə Nəsimidə ictimai iaşə dövriyyəsinin dəyəri 90 milyon 862.7 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.6% çoxdur.
Qeyd edək ki, kafe və restoranların dövriyyələrində ən yüksək artım Nərimanov (31.5% artım), Pirallahı( 24.5% artım) və Sabunçu ( 21.5% artım) rayonlarında, azalma isə Suraxanı ( 9.1% azalma) rayonunda qeydə alınıb.
Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ictimai iaşə dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb-azalma faizləri verilib:
Turizm eksperti Əziz Şiriyev “Sherg.az”a bildirdi ki, turistlərin daha çox səyahət etdikləri istiqamətlərdə artımın da yüksək olması müşahidə olunur:

“Hazırda Bakıya gələn turistlərin əksəriyyəti Qobustan palçıq vulkanlarına üz tutur. Sonrakı mərhələdə isə onlar Atəşgah məbədinə və axşam saatlarında Suraxanı rayonunda yerləşən Yanar Dağa gedirlər. Bu, atəşin daha aydın və təsirli görünməsi ilə bağlıdır. Buna görə də həmin istiqamətlərdə turist axınının daha çox olması müşahidə edilir. Nərimanov rayonunun seçilməsinin əsas səbəbi isə burada otellərin sayının çox olmasıdır. Xüsusilə Əhməd Rəcəbli küçəsi ərazisində yerləşən otellərin qiymətinin münasibliyi, həmçinin turistlərin əyləncə məkanlarına üstünlük verməsi onların bu əraziyə daha çox üz tutmasına səbəb olur. Digər istiqamətlər isə müxtəlif səyahət marşrutları ilə əlaqədardır. Gələcəkdə Bakının abadlaşdırılması və bölgələrin inkişaf etdirilməsi nəticəsində turistlərin digər kəndlərə də maraq göstərəcəyi gözlənilir. Məsələn, Yanar Dağa yaxın yerləşən Balaxanı kəndində və Qala kəndində aparılan abadlıq işləri buna nümunədir. Qala kəndində açıq səma altında muzey mövcuddur və müəyyən turistlər bu istiqamətə də səyahət edirlər. Lakin bu əraziyə gedənlərin sayı Atəşgah və Yanar Dağa gedən turistlərin sayından azdır. Bu hal turistlərin turpaketlərinə daxil edilən istirahət mərkəzləri, qoruqlar və tarixi məkanlarla bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya