Xabi Alonso Arda Gülər haqqında danışıb
Yusif Nəzərli
18:59 20.09.2025
Futbol
754
İspaniya La Liqasının 5-ci tur matçında öz meydanında “Espanyol”u 2:0 hesabı ilə məğlub edən “Real Madrid”də baş məşqçi Xabi Alonso qələbədən sonra, bu mövsüm ilk dəfə ehtiyat oyunçular skamyasından oyuna daxil olan Arda Gülər haqqında danışıb.
Sherg.az xəbər verir ki, "Santiaqo Bernabeu" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 22-ci dəqiqədə Eder Militaonun qolu ilə önə keçib.
İkinci hissəyə sürətli başlayan “Real Madrid” 47-ci dəqiqədə Kylian Mbappénin qolu ilə hesabı 2:0 edib və görüşdən qalib ayrılıb.
Bu mövsüm ilk dəfə ehtiyat oyunçu kimi matça başlayan Arda Gülər 61-ci dəqiqədə Qonzalonun əvəzinə meydana daxil olub.
Lider “Real Madrid” 15 xalla məğlubiyyətsiz seriyasını davam etdirir. İlk məğlubiyyətini yaşayan “Espanyol” isə 10 xalla 3-cü yerdədir.
Matçdan sonra qələbəni dəyərləndirən Xabi Alonso Arda Gülər haqqında ayrıca danışıb. Son zamanlar yüksək formada olan Mbappé barədə də Alonso açıqlama verib: “Mbappe futbolu çox yaxşı anlayır. Ona nəyi etməli olduğunu desəniz, yerinə yetirəcək. Bu gün rolunu çox yaxşı oynadı. Bu dəfə bir az fərqli idi, ikinci hücumçu kimi çıxış etdi.”
Arda Gülər barədə isə Alonso belə danışıb:
“Bellingem və Arda Gülər çox oxşar mövqelərdə oynayırlar, amma birlikdə də oynaya bilərlər. Arda arxadan bağlantı qura bilər, Jude isə daha ön mövqedədir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat