İki həftədən sonra buna başlayırıq - Emin elan etdi
16:05 22.09.2025
Ölkə
516
İki həftədən sonra ilk günəş panellərinin quraşdırılmasına başlayacağıq.
Sherg.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında "Sea Breeze"in təsisçisi Emin Ağalarov bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində deyib.
O qeyd edib, Azərbaycanın siyasi sabitliyi və dövlətin dəstəyi ilə ölkəyə sərmayə yatırmaq üçün əlverişli mühit formalaşıb:
"Bəzi ölkələrdə biznes imkanları maraqlı görünə bilər, amma siyasi qeyri-müəyyənlik investorları çəkindirir. Azərbaycanda isə əksinə, artıq 20 ildən çoxdur ki, sabitlik təmin olunub və investorların etibarı möhkəmlənib. Dövlət dəstəyi və şərait burada biznesin inkişafı üçün mühüm amildir".
Ağalarov bildirib ki, şirkəti vergi ödəyiciləri arasında mühüm yerlərdən birini tutur:
"Ötən il bizim şirkət 62-ci yerdə qərarlaşıb. Bizim ödədiyimiz vergilər büdcəyə daxil olur və sosial layihələrin həyata keçirilməsinə yönəlir".
O, həmçinin əlavə edib ki, hazırda Azərbaycanda həyata keçirilən tikinti layihələrinin dəyəri təxminən 5 milyard dollar təşkil edir:
"Bu, ölkəyə gətirilən irihəcmli investisiyalardır. Mən hesab edirəm ki, bu, həm iqtisadiyyat, həm də cəmiyyət üçün faydalıdır".
Emin Ağalarov gələcək planlardan da danışıb:
"İki həftədən sonra ilk günəş panellərinin quraşdırılmasına başlayacağıq. Su təmizlənməsi, bərpaolunan enerji, külək turbinləri və digər alternativ enerji layihələri nəzərdə tutulub. Məqsədimiz ölkəni mümkün qədər yaşıl və ekoloji cəhətdən təmiz etməkdir".
Onun sözlərinə görə, qarşıdakı 10-15 ildə "Sea Breeze" həm yaşayış, həm investisiya, həm də beynəlxalq turizm mərkəzi olacaq:
"Gələcəkdə bura təkcə azərbaycanlılar üçün yox, bütün region ölkələrinin sakinləri üçün cəlbedici bir mərkəzə çevriləcək. Biz kənd turizminin inkişafı istiqamətində də layihələr həyata keçirməyi planlaşdırırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat