
Ekspert: Azad edilmiş torpaqlarda işsizlik sürətlə azalacaq
Yusif Nəzərli
06:59 26.09.2025
Sosial
593
İqtisadçı qeyd edir ki, beynəlxalq təşkilatların proqnozları onlara verilən məlumatlar əsasında hazırlanır
"Azərbaycanda işsizlik səviyyəsi azalmaqda davam edəcək". Bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) proqnozunda bildirilib. EIU qeyd edib ki, Azərbaycanda işsizlik səviyyəsi son illərdə sabit qalıb. 2025-ci ildən etibarən isə ölkədə işsizlik göstəricisi mərhələli şəkildə azalacaq. 2025-ci ildə işsizlik 5,3 faiz, 2026-cı ildə 5,2 faiz, 2027-ci ildə 4,8 faiz, 2028-ci ildə 4,5 faiz, 2029-cu ildə isə 4,4 faiz səviyyəsində gözlənilir. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda işsizlik səviyyəsi 2022-ci ildə 5,6 faiz, 2023 və 2024-cü illərdə isə 5,5 faiz təşkil edib.
İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycanda 2026-cı ildə işsizlik səviyyəsinin təxminən 5,2 faiz olacağı proqnozlaşdırılır, bu göstərici 2025-ci ildən etibarən mərhələli şəkildə azalacaq. Bu proqnozlar əsasən beynəlxalq təşkilatların (EIU, S&P kimi) proqnozlarına əsaslanır:

- Hesab edirəm ki, belə bir proqnoz verilməsi son illərdə açılan yeni iş yerləri ilə bağlı ola bilər. Bildiyiniz kimi hazırda yeni layihələr üzərində çalışılır. Amma o layihələr üçün kadrlar potensialı kifayətdirmi? Məsələn, Birləşmiş Ərəb Əmirlikləri ilə “Şəhərdən şəhərə” layihəsi imzalanıb. Yəni tam yaşıl enerji ilə bağlı olan şəhər. Bəs layihələr reallaşdırılması üçün yeni iş yeri açıldıqda bu, işsizliyin azalmasına təsir edəcəkmi, yoxsa kadrlar bütünlüklə xaricdən cəlb olunacaq? Hesab edirəm ki, proqnozun nə qədər effektli olması üçün işlər təhlil olunmalıdır. Hər açılan iş yeri uzunmüddətli olmur. Bu gün açılıb, sabah bağlana bilər. Təəssüf olsun ki, bir çox hallarda tam real işləyən şəxslərin statistikası ilə bağlı qeyri-müəyyənliklər də olur. Yəni müəssisə müflis olur, işçi işdən xaric edilir, amma işləyən şəxs kimi qeydiyyatda saxlanılır. Məsələ dərindən təhlil olunmalıdır ki, rəqəmlər yanlış olmasın.
İqtisadçı qeyd etdi ki, beynəlxalq təşkilatların proqnozları onlara verilən məlumatlar əsasında hazırlanır. İşsizlik səviyyəsinin azalacağı proqnozu investisiya layihələri ilə daha çox bağlıdır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə sənaye müəssisələrinin, ictimai iaşə obyektlərinin açılması, əhalinin məskunlaşmasının sürətlənməsi və məşulluğun təmin edilməsi də nəzərə alınır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət