
Sona qədər savaşacaqlar: Ukrayna taleyi yalnız vətəndaşlarına bağlıdır
08:38 29.09.2025
Dünya
415
Macarıstan rəsmisinin Ukraynaya ərazilərini güzəştə getməyi təklif etməsi məntiqsizdir
Bu çağırışlar Kremlin daha da həvəsləndirilməsinə xidmət edir
“Ukrayna Rusiya ilə münaqişənin həlli çərçivəsində ərazisinin bir hissəsini vermək məcburiyyətində qalacaq”.
Bunu Macarıstan xarici işlər və iqtisadi əlaqələr nazirinin müavini Levente Madyar bildirib.
“Ukrayna öz ərazisinin beşdə birindən imtina etməli olacaq. Mən Ukraynanın nə etməli olduğunu demək istəmirəm, sadəcə olaraq deyirəm ki, təcrübəmizə əsaslanaraq sülh bəzən ağrılı ola bilər”, - nazir müavini vurğulayıb.
O qeyd edib ki, Ukrayna seçim etməlidir: ya ölkənin həyat qabiliyyətini, ya da bir neçə min kvadrat kilometr ərazini saxlamalıdır.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Macarıstan rəsmisinin Ukrayna və onun əraziləri ilə bağlı açıqlaması bir qədər qeyri-etik görünür:

"Çünki heç bir dövlət öz ərazisindən könüllü imtina etmir. Əgər başqa bir dövlət Ukraynaya öz torpaqlarından imtinanın vacibliyini qəbullandırmağa çalışırsa, bu, çox yanlış və qeyri-etik bir yanaşmadır. Bu ölkənin ərazilərinin gələcəyi və taleyi yalnız Ukrayna vətəndaşlarına bağlıdır. Qərarı məhz xalq verəcək. Hər hansı beynəlxalq təşkilat və ya xarici dövlət bu məsələni həll edə bilməz. Hətta işğalçı Rusiya belə bu məsələnin həllində aciz qalıb. Ukrayna dövləti və xalqı isə ölkələrinin ərazilərini Rusiyaya güzəştə getmək fikrində olmadıqlarını açıq şəkildə bəyan edir və həmin torpaqlar uğrunda sona qədər mübarizə aparmaq niyyətində olduqlarını bildirirlər. Digər tərəfdən, hazırda Ukrayna müharibəsinin inkişaf istiqamətləri tədricən dəyişməyə başlayıb. Tramp administrasiyası hakimiyyətə gəldiyi ilk vaxtlarda Putinə rəğbət göstərir, Rusiyaya dəstək prinsipi ilə hərəkət etməyə çalışırdı. Lakin Kremlin rəhbərliyi iki dəfə ardıcıl və həm də biabırçı şəkildə Tramp administrasiyasını aldatdıqdan sonra Vaşinqtonun mövqeyi dəyişməyə başladı. Odur ki, ABŞ-nin Rusiyaya münasibəti kəskin şəkildə sərtləşdi. Belə bir şəraitdə Vaşinqtonun Avropa İttifaqı ilə birlikdə Kiyevə dəstək verməsi, eyni zamanda Trampın Ukraynaya ABŞ silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsi, müharibənin gedişini ciddi şəkildə Moskvanın əleyhinə dəyişə bilər. Bu vəziyyətdə Macarıstan rəsmisinin Ukraynaya öz ərazilərini güzəştə getməyi təklif etməsi həm absurd, həm də məntiqsiz bir yanaşmadır. Eyni zamanda müstəqil Ukrayna dövlətinə hörmətsizlik və qeyri-etik mövqedir. Rusiya bu cür açıqlamalardan və çağırışlardan məmnun qalır".
Analitik əlavə edib ki, Kreml üçün dost və düşman anlayışı yalnız öz maraqları çərçivəsində müəyyən edilir:
"Macarıstan və digər Şərqi Avropa ölkələri də nəhayət anlamalıdırlar ki, əgər imkan yaranarsa, Rusiya Ukraynadan sonra onlara qarşı da hərbi təcavüzdən çəkinməyəcək. Ona görə də Ukrayna ərazilərinin Rusiyaya güzəştə gedilməsi barədə çağırışlar Kremlin daha da həvəsləndirilməsinə xidmət edir və yolverilməzdir. Böyük ehtimalla, yaxın vaxtlarda Qərb Rusiyaya qarşı daha sərt və radikal addımlar atmaq məcburiyyətində qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya